Icma.az
close
up
RU
Əsəd ailəsinin Moskvada dəbdəbəli həyatı Video

Əsəd ailəsinin Moskvada dəbdəbəli həyatı Video

Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Suriyada hakimiyyət dəyişikliyindən sonra Rusiyaya qaçan devrilmiş prezident Bəşər Əsədin ailəsi Moskvada dəbdəbəli həyat sürür.

Axar.az xəbər verir ki, bu barədə”Nyu York Tayms” Əsədin qohumlarına, ailə dostlarına və keçmiş Suriya rəsmilərinə istinadən məlumat yayıb.

Mənbələr bildiriblər ki, Əsədi Moskvadakı Federasiya Qülləsinin 62-ci mərtəbəsində yerləşən “Siksti” restoranında şam edərkən görüblər:

“Bu restoran Rusiya siyasi elitasının üzvləri və xarici məşhurların sevimli məkanıdır. Keçmiş prezident VİP qonaqlardan biri olub. Əsəd və ailəsi əvvəlcə həftəlik kirayə haqqı 13 min dollara çatan “Fo Sizns” otelində yaşayıb. Daha sonra onlar Federasiya Qülləsindəki iki mərtəbəli penthausa, oradan isə Rublyovkadakı bir evə köçüblər. Həmçinin Əsəd oftalmologiya üzrə təhsil alır (O, tibbi təhsilini Dəməşq və Londonda alıb). Rusiya kəşfiyyat xidmətləri Əsədi qorumağa və onun hərəkətlərini izləməyə davam edir”.

Qeyd olunub ki, Əsədin qardaşı, Respublika Qvardiyasının keçmiş komandiri Mahir Əsəd də Moskvadakı “Fo Sizns”da yaşayıb:

“Daha sonra tanışları onu Moskvadakı “Kapital Tovers”in yanında görüblər. Bəşər və Mahirin qızları BƏƏ-də ölkə hakimiyyətinin icazəsi ilə yaşayırlar. Bəşər Əsəd Rublyovkadakı evində qızı Zeyn üçün dəbdəbəli bir ziyafət təşkil edib. Mahir Əsədin qızı Şam Dubayda iki günlük şənlik keçirib. Əvvəlcə fransız restoranı “Bagatelle”də, daha sonra isə şəxsi yaxtada”.

Nəşr devrilmiş hakimiyyətin kimyəvi silah hazırlayan 55 keçmiş yüksək vəzifəli məmurunu, hərbi qulluqçusunu, kəşfiyyat orqan rəhbərlərini və alimlərinin yarısının harada olduğunu da müəyyən edib:

“79 yaşlı keçmiş kəşfiyyat rəisi Əli Məmlük Moskvada Rusiya büdcəsi hesabına ödənilən mənzildə yaşayır. Əsəd rejiminin narkotik imperiyasının liderlərindən biri olan Həsən Bilal da Moskvada yaşayır. O, ailəsinin Dubaydan İspaniyaya qədər xaricdəki rahat həyatının xərclərini ödəyir. Dinc etirazçıların güllələnməsi əmrini verən 63 yaşlı keçmiş hərbi komandir Camal Yunis də Moskvada skuter sürərkən görüntülənib. İşgəncə və cinsi təcavüzdə ittiham olunan keçmiş müdafiə naziri Əli Abbas və Baş Qərargah rəisi Əbdül Kərim İbrahim Moskvadakı “Yevropeysk” ticarət mərkəzində gəzərkən görüntülənib”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://axar.az
archiveBu xəbər 23 Dekabr 2025 13:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see358

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see344

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see336

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see330

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see329

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see300

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see295

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see287

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see268

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see262

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see250

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see241

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see239

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see220

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see209

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see201

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see196

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see195

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see193

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri