Icma.az
close
up
RU
Əsəd hakimiyyətinin çöküşündən sonra süqut yolunda addımlayan İranın şah rejimi nə keçidi bölgə üçün təhdiddir

Əsəd hakimiyyətinin çöküşündən sonra süqut yolunda addımlayan İranın şah rejimi nə keçidi bölgə üçün təhdiddir

Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ prezidentinin özü dünən etirazçıların edam edilməsi ehtimalını əsas gətirərək, "hər ehtimala qarşı" İrana "nəhəng donanma" göndərdiyini bildirib. "Hər şey baş verə bilər, amma biz onları çox diqqətlə izləyirik. Heç nə baş verməsini istəmirəm. Bizim ora doğru gedən böyük bir donanmamız var. Və biz bundan istifadə etmək məcburiyyətində qalmayacağıq. Görəcəyik", - deyə prezident Davos forumundan qayıdarkən Air Force One gəmisində xəbərdarlıq edib. Trampın sözlərinə görə, o, son etirazları qəddarcasına yatıran ayətullahlara 800-dən çox nümayişçini assalar, nəticələrlə üzləşəcəklərini çatdırıb. "Mən dedim ki, “Bunu həyata keçirsəniz, əvvəlkindən daha ağır zərbə alacaqsınız. Bu, [2025-ci ilin iyun ayında hava hücumları zamanı> nüvə proqramınıza etdiyimiz şeyləri bir parça tort kimi göstərəcək.” Bu dəhşətli hadisənin baş verməsindən bir saat əvvəl onlar bunu ləğv etdilər — yəni təxirə salmadılar, ləğv etdilər.

Türkiyənin xarici işlər naziri Hakan Fidan da İsrailin İrana hücum etməyi düşündüyünə dair əlamətlər olduğunu bildirib. Fidan NTV-yə verdiyi müsahibədə İsrailin İrana hücum etməyə hazırlaşdığına dair əlamətlər olduğunu bildirib. Nazir həmçinin vurğulayıb ki, İranın üzləşdiyi ciddi iqtisadi çətinliklərə baxmayaraq, ictimai narazılıq birbaşa xalqın hakim sistemə münasibəti ilə əlaqələndirilməməlidir. O qeyd edib ki, ölkədə etirazlar həqiqətən də baş verir, lakin onların təbiəti xarici müşahidəçilərin gözlədiklərindən fərqlidir.

İran ətrafındakı vəziyyət ABŞ-ın intensiv diplomatik fəaliyyəti, o cümlədən çoxsaylı telefon danışıqları ilə müşayiət olunub. Türkiyənin xarici işlər naziri Tehran hakimiyyətinin gərginliyin daha da artması olmadan mövcud çətinliklərin öhdəsindən gələcəyinə ümid etdiyini bildirib.

Xatırladaq ki, İranda 2025-ci ilin dekabr ayının sonlarında milli valyutanın devalvasiyası səbəbindən etiraz dalğası başlayıb və tədricən kütləvi iğtişaşlara və hökumət əleyhinə etirazlara çevrilib və devrilmiş İran şahının oğlu Rza Pəhləvinin zəngləri ilə nəticələnib. İğtişaşlar ölkədə internetin bağlanmasına və həm hüquq-mühafizə orqanları, həm də etirazçılar arasında itkilərin olması barədə məlumatlar yayılmasına səbəb olub. İran hakimiyyəti ABŞ və İsraili iğtişaşları təşkil etməkdə günahlandıraraq, 12 yanvarda vəziyyəti nəzarət altına aldıqlarını elan etdi.

İrana hücum olsa ABŞ gəmisindən, yoxsa İsraildən olacaq? Və ya hər ikisindən?ABŞ-nin regionda Türkiyədən başqa harda bazaları var və o bazalardan da bu hücumda istifadə edə bilərmi?

Politoloq Rufiz Hafizoğlu Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, İran ətrafında çəmbər daralmaqdadır. Politoloq hesab edir ki, regionda (İran və yaxın dövlətlər, Yaxın Şərq nəzərədə tutulur) baş verən hadisələr İran ətrafında yeni bir savaşın olması ehtimalından xəbəər verir.

Rufiz Hafizoğlu

“Artıq İran rəsmiləri açıq şəkildə deyirlər ki, “İrana müdaxilə regionu yandırar, region üçün faciə olar”. Eyni zamanda İranda həm orduda, həm SEPAH-da, həm də İranın İslam inqilabından sonra qorunması üçün yaradılan “underground” təşkilatlarda da olduqca ciddi bir “canlanma” var. İran daxilində hazırda repressiv addımların atıldığını görürük”-deyən Rufiz Hafizoğlu qeyd edib ki, İran yeni bir müharibə ssenarisinə tam olaraq hazırdır.

Politoloqun fikrincə, bu gün İran İslam Respublikası yarandığı gündən bu günə qədər olan zaman dilimində ən zəif vəziyyətdədir.

“İran dediyimiz zaman biz heç də yəni coğrafi ərazini nəzərdə tutmayaq. Mən İran dediyim zaman İranın proksi qüvvələrinin aktiv olduğu bütün bölgələri nəzərdə tuturam. İran rəsmiləri də məsələyə bu cür yanaşırlar. Onlar bunu deməsələr də, onların düşüncəsində bu var. Putinin Rusiyanın sərhədləri məsələsi ilə bağlı bir fikri var. Yəni eyni təfəkkür, eyni yanaşma bu molla rejimində də var. İran İslam Respublikasının sərhədləri İranın maraqlarının bitdiyi yerdə bitir. Bu düşüncə bu gün İranda olan hakim düşüncədir ki, dindar təbəqələrə və yaxud da ki, o dindar təbəqələrin təsiri altında formalaşmış təbəqələrə transfer olunan düşüncədir.

İraq mövzu olduqca dərin, olduqca mürəkkəb bir mövzudur. Amma “İraq İranın son qalası olacaq”. Çünki İraq hakimiyyəti bugün molla rejimindən ideoloji baxımından təsirlənmiş bəhrələnmiş bir rejimdir”.

Rufiz Hafizoğlu hesab edir ki, Amerika və İsrail müəyyən maraqlar çərçivəsində hələ ki, bu rejimə toxunmur: “Müəyyən proseslər gedir. İranın sərhədləri genişdir, proksiləri var, amma burada da tarazlıq yoxdur”.

İran niyə zəifdir?

Rufiz Hafizoğlu vurğulayıb ki, Suriya rejiminin, Bəşər Əsədin çökməsi, İranın süquta getmə yolunda domino effektini verəcək bir daş oldu: “Rejim çökdü və İran rejiminin süqutuna doğru hərəkətlənmə başladı. “Hizbullah”ın lideri Həsən Nəsrullahın öldürülməsi “Hizbullahı” zəiflətdi. Həsən Nəsrullah “Hizbullah”ın 30 illik lideri idi. Həsən Nəsrullahın qətlindən sonra “Hizbullah” heç vaxt əvvəlki “Hizbullah” ola bilməz. İndiki lider Naim Qasim ixtisasca kimyaçıdır. Heç bir hərbi fəaliyyəti yoxdur. Onun İranla bağları olsa belə o Nəsrullah ola bilmədi. Bunu “Hizbullah” da, Xamenei də yaxşı bilir. Həsən Nəsrullah danışdığı zaman İsrail belə izləyirdi ki, Həsən Nəsrullah nə deyəcək. Amma indiki lider çox zəif, baş verən hadisələrin fonunda olduqca sönük görünən biridir”.

Politoloq hesab edir ki, bu gün hər kəs, istər İranda, istər dünyada gözləyir ki, Xamenei nə zaman öləcək: “İranda hər şey Xamenei öldükdən sonra cərəyan etməyə başlayacaq. “Hizbullah” zəifləyib, “HƏMAS” əvvəlki “HƏMAS” deyil. Eyni zamanda İraqda “Hizbullah” və İrana bağlı bəzi qurumlara pul transfer edən “husilər”in rəsmi fəaliyyəti qadağan olunub. Bu da Yaxın Şərq siyasəti, İranın sıxışdırılması və qollarının kəsilməsi üçün çox önəmlidir”.

Hansı ölkələrdə ABŞ hərbi bazaları var?

“ABŞ-nin Türkiyədə və İordaniyada hərbi bazaları var. Həmçinin Suriyada hərbi kontingenti, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərində bazaları var. ABŞ bu bazalardan hücumlar zamanı istifadə edə bilər. ABŞ-nin istifadə edə bilməyəcəyi və yaxud icazə verilməyəcəyi baza Türkiyə ola bilər. Burada mütləq maraqlar yoxdur, hər şey dəyişə bilər. Türkiyə də müəyyən şərtlərlə, müəyəyn risklərdən qorunmaq şərti ilə icazə verə bilər. Amma digər ölkələr, ABŞ-nin bu ölkələrdə olan "hərbi bazalarını istifadə etməsin" qərarını verəcək gücdə deyillər. Ərəb ölkələri artıq qismən müstəqil siyasət yürütməyə başlayıblar”-deyə Rufiz Hafizoğlu qeyd edib.

“Reallıq budur ki, bu gün İran olduqca pis vəziyyətdədir və yaxın aylarda müharibə başlaya bilər. Əslində müharibənin keçən ilin sonlarına qəədər başlanması gözlənilirdi, amma İsraildə parlament seçkilərinə qədər başlaması istisna olunmur. Əgər parlament seçkiləri baş tutacaqsa… Çünki orada da fərqli problemlər var. Müəyyən ciddi koalisiyaların yaranması, Qəzza hadisələri ilə bağlı sağçılarla sol qüvvələr arasında çox ciddi fikir ayrılıqları var. Netanyahunun məhkəmə prosesi ilə bağlı çox fərqli fikirlər var. Bu baxımdan müharibə məncə, qaçınılmazdı. Amma müharibə ilə yanaşı belə deyək də, maksimum təzyiq diplomatiyasında istifadə olunacaq”-deyə politoloq bildirib.

Təzyiq diplomatiyası nədən ibarətdir? İrandan nə qoparmaq olar?

Politoloqun fikrincə, problem ondadır ki, müharibə olduğu zaman zənginləşdirilmiş uranın başqa əllərə keçmə ehtimalı var: “Artıq bunu İsraildə bəzi media qurumları, Birləşmiş Ştatlar, bəzi Türkiyədəki siyasətçilər də qeyd edirlər. Başa düşürlər ki, belə bir risk var. Yəni heç kim zəmanət verə bilməz ki, zənginləşdirilmiş uran, hər hansı bir başqa ölkənin - üçüncü ölkənin əlinə keçməyəcək.

Görünməyən məqamlar çoxdur. İranı sıxacaqlar, İrandan maksimum güzəştə getməyi tələb olunacaq. Bu güzəşt müxtəlif ola bilər. Hətta bu güzəşt nüvə proqramından müvəqqəti olaraq imtina da ola bilər. Yəni bugünkü İslam rejimindən imtina edilsin. Amma İranda hakimiyyət dəyişərsə və İranda şah hakimiyyətə gələrsə, bu dəyişiklik Türkiyə, Azərbaycan və bütün bölgə ölkələri üçün daha ciddi təhdid olacaq, hətta bu günkü molla rejimi onun yanında bir “çiçək” olacaq”-deyə Rufiz Hafizoğlu bildirib.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:36
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 27 Yanvar 2026 16:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see279

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see252

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see222

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see207

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see204

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see198

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see193

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see180

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see175

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see167

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see161

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see160

Agentlik 8 ölkədən jurnalist və blogerləri Azərbaycana gətirmək istəyir

25 Yanvar 2026 21:16see156

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see155

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see146

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see145

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see144

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see143

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see142

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri