Əsəd kimi ölkədən qaçan 2000ə yaxın əsgərdən YENİ XƏBƏR FOTO
Icma.az, Publika.az portalına istinadən məlumat yayır.
Əsəd rejimi devrildikdən sonra İraqa qaçan 1905 əsgər Suriyaya qaytarılıb.
Publika.az xəbər verir ki, sosial şəbəkələrdə əsgərlərin yeni Suriya hökumətinə bağlı birliklərə təhvil verilməsinin fotosu yayılıb.
Qeyd edilib ki, yeni hökumətin verdiyi əvf qərarından yararlanan əsgərlər Əl-Qaim sərhəd keçid məntəqəsi vasitəsilə Suriya tərəfinə təhvil verilib.
Əsgərlərdən ailələrinin yanına qayıtmaq üçün yazılı öhdəlik alınıb. İraq Müdafiə Nazirliyinin əlində olan silahların Suriyanın yeni hökumətinə təhvil veriləcəyi bildirilib.
Yayılan görüntülərdə bütün əsgərlərin yerdə oturaraq başlarını qaldırmamaları diqqət çəkib.
Xatırladaq ki, devrilmiş Suriya rejiminin 2 minə yaxın əsgəri dekabrın 7-də Əl-Qaim sərhəd keçid məntəqəsi vasitəsilə İraqa qaçıb.
Hüseyn İbadlı
Baxış sayı:104
Bu xəbər 20 Dekabr 2024 05:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















