Icma.az
close
up
RU
Əsəd ölkədən qaçarkən özü ilə iki nəfər aparıb

Əsəd ölkədən qaçarkən özü ilə iki nəfər aparıb

Icma.az, Reyting.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Suriyadan Moskvaya qaçan prezident Bəşər Əsədlə bağlı yeni məlumatlar yayılıb.
Reyting.az
bildirir ki, müxalif qüvvələr paytaxt Dəməşqə hücum etməzdən əvvəl Bəşər Əsəd “Moskva Four Seasons Hotel”də böyük oğlu Hafiz Əsədə riyaziyyat üzrə doktorluq dərəcəsinin verilməsi mərasimində iştirak etmək üçün Moskvada olub.
Suriyada münaqişə daha da alovlandıqda Əsəd oğlunun mərasimini tərk edib və müxalifətin gedişatı ilə bağlı son hadisələri izləmək üçün Moskvadakı “Four Seasons” otelindəki otağında qalıb.
Noyabrın 29-da - müxalif qüvvələrin Hələbi ələ keçirdiyi gün Əsəd Moskvadan Dəməşqə dönərkən prezident Şeyx Məhəmməd bin Zayedlə əlaqə saxlayıb. Əsəd “İraqda İranın dəstəklədiyi milislərdən hərbi dəstək və BƏƏ-dən maliyyə yardımı” istəyib.

“Əl-Məcəllan” nəşri yazır ki, dekabrın 8-də Dəməşqin süqutundan bir gün əvvəl Əsədin media ofisi onun çıxışını təşkil edib. Prezident sarayında hazırlıq görülüb. Həmin gün Əsədin yüksək səviyyəli diplomatları da daxil olmaqla, rəsmilərə vəziyyətin nəzarət altında olduğu və Rusiyadan dəstək göndərildiyini deyiblər.
Daha sonra devrilmiş prezident B. Əsəd müşavirlərinə çıxışını dekabrın 8-i bazar günü edəcəyini bildirib. Lakin iddia edilir ki, dekabrın 7-də axşam saatlarında Əsədə Rusiya rəsmilərindən zəng gəlib ki, o, Dəməşqi tərk etsin. Bu telefon danışığı daha çox qan tökülməsinin qarşısını almaq və Rusiyanın Suriyada qalan maraqlarını qorumaq üçün olub.
Dekabrın 8-də səhər saatlarında Əsəd iki nəfərlə ölkədən qaçıb: prezident işləri naziri Mansur Azzam və mühafizə bölməsinin rəhbəri, briqada generalı Muhsin Mohammədlə. O, Dəməşqdən Rusiyanın Hmeymim bazasına uçub. Həmin vaxt Əsədin həyat yoldaşı və uşaqları xaricdə olublar.
“Əl Məcəllan” iddia edir ki, Əsəd qaçdıqdan sonra bir həftə səssiz qalmasının səbəbi onun sosial media hesablarına giriş məlumatlarını almaq üçün geridə qoyduğu köməkçilərin Suriyanın sahil bölgələrinə, qonşu ölkələrə və ya Moskvaya çatmasını gözləməsidir.
Onu da qeyd edək ki, Bəşər Əsədin atasının adını daşıyan böyük oğlu Hafiz Əsəd də Moskva Dövlət Universitetinin doktoranturasında oxuyub.

E. KAMAL

Ana səhifəyə dön


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:218
embedMənbə:https://reyting.az
archiveBu xəbər 20 Dekabr 2024 10:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see305

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see289

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see274

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see272

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see245

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see234

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see231

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see216

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see216

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see213

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see211

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see209

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see207

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see203

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see198

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see195

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see187

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see184

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see183

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri