Əsəd qüvvələri bu şəhərlərdən də geri çəkildi
Lent az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Suriya müxalifətinin silahlı qüvvələri Palmiraya daxil olaraq şəhərə nəzarəti ələ keçirib.
Lent.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
"Yerli mənbələr rejim qüvvələrinin Əl-Suxna, Əl-Furqəllus və Palmira şəhərlərindən geri çəkildiyini bildiriblər", - telekanal bildirib.
“Əl-Cəzirə” həmsöhbətlərinin sözlərinə görə, Suriya prezidenti Bəşər Əsədin hərbçiləri Palmirada yerləşən hərbi aerodromu tərk edir.
Həmçinin “Reuters” silahlıların məlumatlarına istinadən xəbər verir ki, silahlı üsyançılar Suriyanın Dəraa şəhərini ələ keçiriblər. Bu şəhər 2011-ci ildə Suriya prezidenti Bəşər Əsədə qarşı qiyam başlayandan bəri simvolik yer hesab olunur.
Müxalifət döyüşçüləri bildiriblər ki, Suriya ordusu 100 kilometr şimalda yerləşən Dəməşqə təhlükəsiz keçid müqabilində şəhəri tərk edib. Lakin bu məlumat Suriya hakimiyyətinin nümayəndələri tərəfindən rəsmən təsdiqlənməyib.
Baxış sayı:151
Bu xəbər 07 Dekabr 2024 19:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















