Icma.az
close
up
RU
Əsəd rejiminin devrilməsindən sonra Suriya rahat nəfəs ala biləcəkmi?

Əsəd rejiminin devrilməsindən sonra Suriya rahat nəfəs ala biləcəkmi?

Oxumeni.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Əsəd rejiminin devrilməsindən sonra Suriya rahat nəfəs ala biləcəkmi?

Uzun illərdir İranın qanlı məzhəb qırğınları meydanına çevirdiyi Suriyada vəziyyət gözlənilmədən dəyişib. Belə ki, Tehranın əlində oyuncağa çevrilərək öz xalqına qarşı dəhşətli soyqırımı törədən Əsəd rejimindən cana yığılan və xalq tərəfindən dəstəklənən müxalif gücləri Tehranın oyunlarına son qoyublar. Sürətli əks-hücumlar nəticəsində Əsəd rejimini devirən müxalif gücləri beləliklə İranın və Rusiyanın bölgədəki ağalığına tamamilə son qoymaq niyyətindədirlər. Bununla belə Suriyada vəziyyətin qısa müddətdə normallaşacağına da inanmaq çətindir. Bunun səbəbi Əsəd rejiminin devrilməsindən sonra bölgədə siyasi təsir dairəsi uğrunda mübarizə aparan dövlətlərin maraqlarının toqquşmasıdır. Bu baxımdan Rusiya və İranın Suriyadan qovulmasından sonra bölgədə təsir dairəsi uğrunda əsas mübarizənin başda ABŞ olmaqla onun Qərbdəki müttəfiqləri və Vaşinqton tərəfindən dəstəklənən İsraillə Türkiyə arasında gedəcəyi gözlənilir. Bu da təbiidir. Məhz Türkiyə müxalif güclərini bir araya gətirərək Əsəd rejiminə və onu dəstəkləyənlərə qarşı mübarizəyə ruhlandıra bildi. Türkiyə Əsəd dövründə Suriyada baş verən qarşıdurmadan ən çox əziyyət çəkən ölkə durumuna düşmüşdü. Belə ki, Suriyada davam edən vətəndaş müharibəsindən əziyyət çəkən 4 milyondan yuxarı insan doğma yurd-yuvalarından didərgin düşərək Türkiyəyə sığınmışdı. Onların saxlanılması hər il Türkiyəyə 10-12 milyard dollara başa gəlirdi. Üstəlik ABŞ və onun müttəfiqləri tərəfindən dəstəklənən YPG. terrorçuları Türkiyənin ərazi bütövlüyü üçün ciddi təhlükə mənbəyinə çevrilmişdilər. Türkiyə nəhayət ki, bölgədə yaranan vəziyyətdən istifadə edərək müxalif güclərini Əbu Məhəmməd əl-Culaninin rəhbərliyi altında Heyət Təhrir əl-Şam (HTS) ətrafında birləşdirə bildi. Eyni zamanda Türkiyənin dəstək verdiyi və əsasən Suriya türkmənlərindən təşkil edilən Suriya Azadlıq Ordusu da Əsəd rejiminə qarşı hücumlarda iştirak edərək Hələbin və İdlibin azad edilməsində, həmçinin Bağdadın alınmasında mühüm rol oynadı.

Əsəd rejiminin devrilməsindən sonra isə Suriyaya kimin rəhbərlik edəcəyi xüsusi maraq doğurur. Məsələyə münasibət bildirən Əbu Məhəmməd əl-Culani SNN-ə verdiyi müsahibəsində ABŞ tərəfindən dəstəkləndiyini deyib. ABŞ tərəfindən dəstəklənən Gilaniniyə isə Türkiyənin yardım edəcəyi inandırıcı görünmür. ABŞ və İsrail ümumiyyətlə Suriyanın üç yerə bölünməsində və bölgədə çoxdan arzuladıqları qondarma kürd dövlətinin yaradılmasında maraqlıdırlar.

Məsələyə münasibət bildirən politoloq Natiq Cəfərlinin də fikrincə Suriyanın ən az üç dövlətə parçalanması atıq qaçılmazdır. Onun sözlərinə görə, bu gün Suriya bir bəladan qurtulub başqa, bəlkə də daha böyük bir bəlanın içinə girir. Natiq Cəfərli: "Əsəd ölkəni parçalanmış, bədbəxt günə salıb gedir, faktiki olaraq Suriya adlı dövlət məhv oldu, çox güman, azı 3 yerə parçalanacaq",-deyib.

Türkiyə isə Suriyanın ərazi bütövlüyünün qorunub saxlanılmasını istəyir və kürd dövlətinin yaradılmasının əleyhinədir. Əgər hadisələr Suriyanın parçalanması istiqamətində inkişaf edərsə, onda Türkiyə tərəfindən dəstəklənən Türkməneli dövlətinin yaradılması qaçılmaz olacaq. Bütün bunlar da onu deməyə əsas verir ki, Suriyada siyasi vəziyyətin tam şəkildə bərpa edilməsi heç də asan olmayacaq. Necə deyərlər suriyalıların taleyi və rahat nəfəs ala bilməsi bölgədə siyasi, iqtisadi və hərbi təsir dairəsi uğrunda mübarizə aparan dövlətlərin maraqlarının təmin edilməsindən asılı olacaq.

Əziz Mustafa, Oxuməni.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:239
embedMənbə:http://oxumeni.az
archiveBu xəbər 09 Dekabr 2024 08:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see310

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see273

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see264

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see263

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see256

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see249

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see245

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see232

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see220

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see219

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see215

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see213

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see203

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see190

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see187

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see186

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see174

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see172

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see170

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri