Icma.az
close
up
RU
“Əsəd rejiminin ermənipərəst mövqe tutmasının səbəbləri var” deputat

“Əsəd rejiminin ermənipərəst mövqe tutmasının səbəbləri var” deputat

Xalqcebhesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Suriya və Ermənistan üçün Türkiyə, türk xalqı amili var. Həmçinin üçüncü bir dövlət, həm Ermənistanın, həm Suriyanın yaranmasında birbaşa iştirak etmiş Fransa hökuməti var. Bilavasitə istər Suriya ərazisində osmanlılara qarşı müharibənin aparılması, istərsə də Cənubi Qafqaz bölgəsində Ermənilərə dəstək göstərmək bütün bunlar onu göstərir ki, onlarda tarixən türklərə qarşı bir nifrət hissi olub”.

Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Allahverənov söyləyib.

Deputat əlavə edib ki, hər zaman türklərə qarşı müharibəni bu və ya digər formada Ermənistan və Suriya üzərindən aparmaqda maraqlı olan qüvvələr var: “Müəyyən mənada da buna nail olublar. Ermənistan və Suriya arasında çox sıx bağlar var. Suriya qondarma erməni soyqırımını parlament səviyyəsində tanıyan dövlət olub. Digər tərəfdən Ermənistan ilə Suriya arasında münasibətlərin müxtəlif dövrlərinə nəzər salanda aydın olur ki, Birinci Qarabağ müharibəsində Suriyadan gəlib Dağlıq Qarabağda vuruşan çoxsaylı muzdlular olub. Eləcə də Nubar Ozanyan da Birinci Qarabağ müharibəsində fəal iştirak edən şəxslərdən idi. Sonrakı mərhələdə o, döyüşlərdə həlak olandan sonra onun adına ayrıca bir batalyon yaradılır, həmin batalyon da Suriyada Bəşər Əsədə birbaşa olaraq dəstək verməklə burada türkəsilli tayfalardan ibarət olan dəstələrə qarşı amansız müharibələr aparıb”.

A.Allahverənov həmçinin diqqətə çatdırıb ki, Suriyada erməniəsillilərdən ibarət terror dəstlərinin fəaliyyət göstərməsi, sonrakı mərhələdə Birinci Qarabağ müharibəsində iştirak etməsi, Ermənistana silah dəstəyinin verilməsi, eyni ilə də Ermənistanın Suriyaya hərbi yardım göstərməsi bütün bunlar artıq ondan xəbər verir ki, B.Əsəd rejiminin ermənipərəst mövqe tutmasının konkret səbəbləri var: “Onların bu münasibəti çox xoş bir münasibətdir. “Düşmənimin düşməni mənim dostumdur” prinsipini biz B.Əsədin xarici siyasətində də görürük. Necə ki, Ermənistan-Türkiyə münasibətləri hansı müstəvidədirsə, eyni düşmən münasibətini də B.Əsəd rejimi həm də Türkiyəyə bəsləyib”.

Röya İsrafilova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 12 Dekabr 2024 10:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see287

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see271

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see254

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see253

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see241

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see239

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see234

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see232

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see231

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see228

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see225

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see219

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see218

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see207

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see206

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see202

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see201

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see191

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see188

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri