Icma.az
close
up
RU
Əsəd rejiminin igəncə maşını Almaniyada ömürlük həbsə məhkum edilib

Əsəd rejiminin igəncə maşını Almaniyada ömürlük həbsə məhkum edilib

Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

Bəşər Əsədin Suriyada müxaliflərə qarşı "işgəncə maşını" adlandırılan şəxs Almaniyada ömürlük həbs cəzasına məhkum edilib.

Bizimyol.info xəbər verir ki, Almaniyanın Frankfurt Ali Regional Məhkəməsi Suriyada Bəşər Əsəd rejimi dövründə həbsxanalarda müxalifət nümayəndələrinə işgəncə verməkdə təqsirli bilinən suriyalı həkim Alaa M.-ı insanlığa qarşı cinayətlər, işgəncə və qətllər də daxil olmaqla müxtəlif cinayətlərə görə ömürlük həbs cəzasına məhkum edib.

Məhkəmə qərarında müəyyən edilib ki, 2011-2012-ci illər arasında Homs və Dəməşqdə hərbi xəstəxanalarda və kəşfiyyat mərkəzlərində çalışan Alaa M. məhbuslara qarşı çoxsaylı ciddi insan haqları pozuntularına yol verib. Təqsirləndirilən şəxsin məhkumların sınıq üzvlərinə təpik vurması, cinsiyyət orqanlarına spirt tökərək yandırması, narkozsuz əməliyyat keçirməsi və öldürücü iynə vurması kimi hərəkətləri məhkəmə tərəfindən sənədləşdirilmiş hesab edilib.

2015-ci ildə Almaniyaya gələrək lazımi tibbi lisenziyanı aldıqdan sonra Alaa M. müxtəlif xəstəxanalarda işləməyə başlayıb. 2020-ci ildə o, Almaniyadan sığınacaq istəyən suriyalı qurbanlar tərəfindən tanınıb. İlk dəfə televiziya sənədli filmində tanıdılan M. daha sonra şəxsiyyətini təsdiq edərək işlədiyi klinikaya məlumat verilib. O, 2020-ci ilin iyununda saxlanılıb və 2022-ci ildə başlayan məhkəmə prosesi 3,5 il davam edib.

Alaa M. Əsəd rejiminin Almaniyada insanlığa qarşı cinayətlərə görə ömürlük həbs cəzasına məhkum edilən ikinci üzvü oldu. Birincisi Suriya kəşfiyyatında işləyən və 2014-cü ildə Almaniyaya gələn Ənvər Raslan olub. Raslan 2022-ci ildə qətl, işgəncə və zorlama ittihamları ilə ömürlük həbs cəzasına məhkum edilib. Onunla birlikdə mühakimə olunan Eyad əl-Garib 4,5 il müddətinə azadlıqdan məhrum edilib.

Böyük Britaniyada yerləşən Suriya İnsan Haqları Müşahidə Qrupu Əsəd rejiminin həbsxanalarındakı işgəncələr və ya pis şərait səbəbindən 100 mindən çox insanın həyatını itirdiyini açıqlayıb.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 16 İyun 2025 15:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see523

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see245

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see239

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see238

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see226

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see223

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see221

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see220

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see210

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see205

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see201

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see198

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see197

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see190

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see171

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see168

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see166

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see162

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see154

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see149
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri