Icma.az
close
up
RU
Əsəd Suriyadan qaçarkən belə ölkəsini satıb Təyyarəsinin vurulmaması üçün...

Əsəd Suriyadan qaçarkən belə ölkəsini satıb Təyyarəsinin vurulmaması üçün...

Icma.az bildirir, Hurriyyet portalına istinadən.

Məlum olduğu kimi, 1963-cü ildən Suriyada hakimiyyətdə olan qanlı Baas rejiminin son lideri Bəşər Əsəd 11 gündə müxalifətə məğlub olaraq ölkəsini tərk edib. Bundan dərhal sonra İsrail ordusu tarixinin ən böyük hava hücumlarından birini keçirib və Suriyada Əsəd rejiminə məxsus müxtəlif hərbi obyektlər, döyük təyyarələri, silah anbarları da daxil olmaqla 250-dən çox hədəfi vurub. Suriyadakı müxaliflərin belə yerini bilmədiyi döyüş təyyarələrinə qədər hər şeyi vuran İsrailin bu məlumatı haradan aldığı isə böyük marağa səbəb olub.

Hurriyyet.az xəbər verir ki, "Hürriyyet" nəşrinin məşhur yazarlarından Əbdülkadir Selvi bugünkü məqaləsində maraqlı bir məsələyə toxunub. O, özəl mənbələrdən əldə etdiyi məlumat əsasında Bəşər Əsədin Suriyanı təhlükəsiz bir şəkildə tərk etmək üçün İsrailə bu hərbi obyektlərin yerini göstərən bir siyahı verdiyini bildirib.

"İsrail rejimin silah anbarlarını, raket başlıqlarını və döyüş təyyarələrini vurur. Suriya müxalifəti 13 ildir rejimlə müharibə aparır. Suriya müxalifətinin tərkibində Suriya ordusunda və kəşfiyyatında xidmət etmiş komandirlər var. Amma hətta Suriya müxalifəti belə İsrailin vurduğu silah anbarlarının, raket mərkəzlərinin və döyüş təyyarələrinin harada yerləşdiyini bilmir. Bəs İsrail bunu necə bilir? Deyəcəksiniz ki, İsrail kəşfiyyat dövlətidir. Belə deyil. Etibarlı mənbələrdən əldə etdiyim məlumata görə, Əsəd qaçarkən təyyarəsinin vurulmaması və hava məkanında heç bir maneə ilə qarşılaşmaması müqabilində bu yerlərin siyahısını İsrailə verib. İsrail bu zəmanəti aldıqdan sonra Əsədin qaçmasına icazə verib. Əsəd qaçarkən belə ölkəsini bir daha satıb", -deyə Ə. Selvi qeyd edib.

Qeyd edək ki, Bəşər Əsəd hazırda ailəsilə birlikdə Rusiyanın paytaxtı Moskva şəhərindədir.

"AzPolitika.info"

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:154
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 11 Dekabr 2024 15:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see357

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see236

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see232

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see231

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see224

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see223

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see221

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see218

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see217

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see213

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see207

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see206

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see205

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see200

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see200

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see200

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see199

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see199

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see199

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri