Icma.az
close
up
RU
Əsədi Çauşeskunun taleyi gözləyirmi? Divara söykənib güllələnmək...

Əsədi Çauşeskunun taleyi gözləyirmi? Divara söykənib güllələnmək...

GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Suriyada Bəşər Əsəd rejimi dağıldıqdan sonra Əsədin insanlara qarşı törətdiyi cinayətlər, sərt qayda-qanunlar, ölümlər, əhalinin ölkəni tərk etməsi və s. kimi “fəaliyyətləri” barədə daha çox danışılmağa başlandı. Bu dəhşətli işgəncə üsulları cəmiyyətdə böyük səs-küyə səbəb oldu.

O, cəzadan canını qurtararaq, Rusiyaya qaçdı. Ailəsi ilə birlikdə hazırda Vladimir Putinin qanadları altına sığınıb. Bəs nə vaxtsa B.Əsəd ölkəsinə təhvil verilə bilərmi? Onu da məhkəmədə yarğılayıb, keçmiş Yuqaslaviya prezidenti və arvadı Nikolae və Yelena Çauşesku kimi divara söykəyib, güllələyə bilərlərmi?

Globalinfo.az-a danışan politoloq Sultan Zahidov deyib ki, Əsəd ailəsi 50 ilə yaxın müddətdə Suriya əhalisinə sözün əsl mənasında divan tutub:

Sultan Zahidov

“İnsanların qətl, həbs edilməsi, oğurlanması və s. buna nümunədir. Sednaya həbsxanasında baş verənlər ifşa olunanlar onu göstərir ki, Əsəd rejimi sadə insanların həyatını cəhənnəmə çevirib. Məhz bu səbəbdən uzun illər ərzində həmin rejimə qarşı ciddi müxalifət formalaşmışdı. Hələ Hafiz Əsədin dövründə Suriya, Həma, Hümsdə insanlara xüsusilə də sünnilərə qarşı kütləvi şəkildə qətliamlar törədilib. Bəşər Əsəd də eyni siyasəti davam etdirdi. Nəticədə 2011-ci ildə “Ərəb baharı” Suriyaya da sıçramış və 13 illik vətəndaş müharibəsi baş vermişdir. Nəhayət, Əsəd rejimi devrildi”.

Politoloqun sözlərinə görə, bu prosesdən sonra aşkara çıxan xəbərlər, video görüntülər Əsəd rejimi haqqında söylənilən təxminlərin sadəcə aysberqin görünən tərəfi olduğunu aşkar etdi:

“İnsanlara həbsxanalarda edilən işgəncələrə baxdıqda demək olar ki, Suriya cəhənnəmin yer üzündəki inikası imiş.

Bəşər Əsəd rejimi Nikolae və Yelena Çauşeskunun taleyini yaşamaqdan qurtulub. Rusiyanın köməyi ilə Əsəd və ailəsi Suriyadan çıxdı.

25 dekabr 1989-cu il. Nikolae və Yelena Çauşesku güllələnərək edam edilib.

Rusiyada Prezident Vladimir Putinin hakimiyyətdə qaldığı müddətdə Əsəd ailəsinə hansısa ciddi təhdidin olacağı inandırıcı deyil. Gələcəkdə Qərblə münasibətləri normallaşdırmaq istəyən bir namizəd hakimiyyətə gələrsə, o zaman Əsəd ailəsinin beynəlxalq məhkəmələrə təhvil verilməsi gözləniləndir.

Əsədin etdikləri ilə bağlı xüsusi məhkəmə, hətta Yuqaslaviya cinayətkarları ilə bağlı olduğu kimi Suriya üzrə məhkəmə yarana bilər. Burada Əsəd rejiminin yaxın tərəfdarları və Bəşər Əsəd mühakimə ola bilərlər. Lakin bu da Çauşeskunun taleyi ilə eyni olmayacaq. Məlum olduğu kimi Nikolae və Yelena Çauşeskular 1989-cu ilin dekabr ayında üsyançılar tərəfindən qətl ediliblər. Əsəd və ailəsi Suriyadan qaçdığı üçün həmin aqibətin onların da başına gələcəyini düşünmürəm”.

Safura Bənnayeva
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:206
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 21 Dekabr 2024 14:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see391

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see377

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see334

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see304

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see297

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see243

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see242

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see240

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see236

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see216

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see212

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see203

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see201

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see201

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see200

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see200

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see196

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see195

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see184

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri