Əsədin dövründə Suriyaya tətbiq edilən sanksiyalar aradan qaldırılmalıdır ƏRDOĞAN
Icma.az, Azpost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Bəşər Əsədin rəhbərliyi dövründə Suriyaya qarşı tətbiq edilən sanksiyalar aradan qaldırılmalı və ölkənin beynəlxalq aləmə reinteqrasiyası baş tutmalıdır”.
Azpost.info xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Misirdən qayıdarkən jurnalistlərə bildirib.
“Suriyadakı daxili münaqişələr və illərlə davam edən müharibə şəhərlərin və dövlətin infrastrukturunu məhv edib. Suriya iqtisadiyyatı çöküb. Əsəd rejiminə görə Suriyaya qoyulan embarqonun və məhdudiyyətlərin aradan qaldırılması ölkənin yenidən qurulması üçün faydalı olacaq. Suriyanın beynəlxalq birliyə reinteqrasiyası başqa bir məsələdir. Bununla yanaşı, həm də inklüziv konstitusiya hazırlamaq və gələcək Suriyanın əsasına çevriləcək siyasi sistem qurmaq lazımdır. Suriya xalqının öz ölkəsinin gələcəyinə dair özünün qərar verdiyini heç kim unutmamalıdır”, – Ərdoğan deyib.
Azpost.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 20 Dekabr 2024 17:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















