Əsədin portreti ləğv ediləcək: Suriya yeni valyuta buraxır
Gununsesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Suriya 2026-cı il yanvarın 1-dən ölkənin milli valyutasını yeniləyəcək və yeni banknotlarda keçmiş prezident Bəşşar Əsədin portreti olmayacaq.
Gununsesi.info xəbər verir ki, bu barədə Suriya Mərkəzi Bankının rəhbəri Əbdül Kadir Əl-Xasriya məlumat verib.
O bildirib ki, bu qərar ölkənin yeni iqtisadi mərhələyə qədəm qoyduğunu, siyasi suverenliyə və vətən birliyinə sadiqliyi əks etdirir.
Hazırda Suriya kağız pullarında köhnə simvolika istifadə olunur. 2000 Suriya poundu banknotda Bəşər Əsəd, 1000 poundu isə onun atası Hafiz Əsədin portreti yer alır.
Məlumata görə, yeni valyuta altı nominal üzrə buraxılacaq və üzərində heç bir portret və simvol olmayacaq. Suriya funtunun kəskin dəyər itirməsi səbəbindən denominasiya həyata keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 28 Dekabr 2025 19:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















