Icma.az
close
up
RU
Əsədin qaranlıq tuneli deşifre oldu: Boşaldılmış seyflər... FOTO

Əsədin qaranlıq tuneli deşifre oldu: Boşaldılmış seyflər... FOTO

Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Suriyada Bəəs rejiminin devrilməsi ilə ölkənin müxtəlif yerlərində Əsəd ailəsinə aid mülklər ortaya çıxmağa başlayıb.

Ölkə.Az “Anadolu” agentliyinə istinadla xəbər verir ki, bu dəfə də Bəşər Əsədin qardaşına məxsus bağ evinin altından müəmmalı tunel şəbəkələri tapılıb.

Bir növ sığınacaq rolunu oynayan yerdə seyflər və sənədlərlə yanaşı, qapısı açılmayan otaqlar da tapılıb.

Agentlik süquta uğramış rejim ordusunun ən elit birliyi olan 4-cü Zirehli Diviziyanın komandiri Maher Əsədin Suriyanın paytaxtı Dəməşqdəki bağ evinin fotolarını çəkib.

Paytaxta baxan hündür təpədə, Dəməşq-Beyrut avtomobil yolunun yaxınlığında tikilmiş iqamətgah üç mərtəbədən ibarətdir.

Hündür divarlarla əhatə olunmuş binanın geniş həyətində helikopter meydançası var. Bağ evinin birinci mərtəbəsində dayanacaq və iclas zalı, aşağı mərtəbədə isə tunel şəbəkəsinə açılan zirehli qapı yerləşir.

Qapıdan aşağı doğru 22 pillə endikdən sonra ara hissədə dayanıb dincəlmək üçün istifadə edilən tunel görmək olar. Daha 130 pillə endikdən sonra isə tunel şəbəkəsinə çatmaq mümkündür.

Elektrik xətləri, ventilyasiya, yataq otağı, mətbəx və hamam kimi bölmələrin olduğu tunellərin zirehli qapılarla mühafizə olunması diqqət çəkir.

Sağ və sol bölmələrə açılan əsas tunelin bəzi otaqlarında boşaldılmış seyflər və lüks saat markalarının boş stendləri var.

Tunellərdə hələ də zirehli qapıları açılmayan və içindəkilər məlum olmayan iki otaq var.

Təxminən 3 kilometr uzunluğunda olan tunel şəbəkəsinin bir qolu devrilmiş rejim ordusunun 4-cü Zirehli Diviziyasının əsas qərargahına aparır. Suriya-Livan magistral yolu istiqamətində tunellərə maşınlar üçün girişin olması da görünür.

Bağ evini qoruyan asayiş keşikçilərindən Fayiz Muhammed AA-ya açıqlamasında Maher Əsədin bağ evindən ofis və istirahət məqsədilə istifadə etdiyini bildirib. O, həmçinin əlavə edib ki, bağ evinin altındakı tunellərdə təhlükəsiz otaqlar da mövcuddur:

“Bağ evində 4-cü Zirehli Diviziyaya aid sənədlər də var. Bu sənədlər arasında Məhər Əsədin göstərişləri və yazışmaları yer alır".

Billurə Yunus

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:119
embedMənbə:https://olke.az
archiveBu xəbər 04 Mart 2025 17:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see272

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see252

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see199

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see195

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see182

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see162

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see160

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see142

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri