Icma.az
close
up
RU
Əsədin Rusiyaya qaçması necə təşkil olunub

Əsədin Rusiyaya qaçması necə təşkil olunub

Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Əhməd əl-Şaara (Əl-Culani) Suriyanın yeni hökumət rəhbəri olmamışdan əvvəl, 2024-cü ilin dekabrında rejimin süqutundan əvvəl həlledici saatlarda Suriya diktatoru Bəşər Əsəd ölkədən nağd pul, gizli sənədlər və qiymətli əşyaların çıxarılması üçün kompleks əməliyyat təşkil edib.

Bizimyol.info xəbər verir ki, bunu "Reuters" xəbər agentliyinin apardığı xüsusi araşdırma sübut etdiyini bildirib.

48 gərgin saat ərzində Heyət Təhrir əl-Şam cihadçı qruplaşmasının başçılıq etdiyi qüvvələr Dəməşqə daxil olarkən, Əsədin baş iqtisadi müşaviri Yaser İbrahimin rəhbərliyi ilə diqqətlə planlaşdırılmış əməliyyat həyata keçirilib. Lüks bir şəxsi təyyarə Suriya ilə Birləşmiş Ərəb Əmirlikləri arasında dörd gizli uçuş həyata keçirərək, aktivləri və ailə üzvlərini xaotik şəkildə ölkədən çıxarıb.

“Livanlı” ləqəbli təyyarə livanlı bir iş adamından icarəyə götürülüb və ilk dəfə 2024-cü il dekabrın 6-da Dəməşqə enib. Hava limanının ətrafı Suriya Hərbi Hava Qüvvələrinin xüsusi təyinatlıları və digər qüvvələr tərəfindən mühafizə olunub. Aeroport işçilərinə təyyarəyə məhəl qoymamaları bildirilib. Bir işçi "Reuters"ə deyib ki, maşınlar sürətlə təyyarəyə yaxınlaşdı, qısa müddət dayandılar və sonra havaya qalxmazdan əvvəl yox oldular. İlk uçuşlarda Əsəd ailəsinin üzvləri, prezident sarayının əməkdaşları, nağd pullar, rəsmlər və heykəllər aparılıb.

Dekabrın 7-də havaya qalxan üçüncü reysdə "Qrup" adlanan - Əsədin telekommunikasiya, bankçılıq, daşınmaz əmlak və enerji sahələrini əhatə edən genişlənən şirkətlər şəbəkəsi haqqında məxfi məlumatları ehtiva edən çantalar və sərt disklər olub. Disklərdə maliyyə qeydləri, iclas protokolları, şirkət və hesab məlumatları oluğu məlum olub.

Son, dramatik uçuş dekabrın 8-də səhər tezdən, üsyançılar artıq Dəməşqin yaxınlığında olarkən baş verib. Təyyarə Qərbin sanksiyaları altında olan İbrahimin yaxın adamı Əhməd Xəlil Xəlilin mindiyi Latakiyadakı Rusiya bazasına enib. O, BƏƏ səfirliyindən zirehli maşında 500 min dollar nağd pulla gəlib. Həmin gün daha sonra Əsəd həmin bazadan Rusiyaya qaçıb, istintaqa görə isə Yaser İbrahim dekabrın 11-də Əbu-Dabiyə gedib.

İstintaq BƏƏ və Rusiyanın bu kompleks çıxarma əməliyyatında iştirakına işarə edir, çünki BƏƏ səfirliyinin diplomatik avtomobilləri Dəməşq hava limanında görünüb və sonuncu reys Rusiya hərbi bazasından havaya qalxıb.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 17 Aprel 2025 17:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see315

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see279

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see270

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see269

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see261

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see255

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see250

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see237

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see225

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see224

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see219

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see217

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see206

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see194

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see191

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see190

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see180

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see179

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see178

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri