Əsədin təyyarəsi qəzaya uğrayıb?
Icma.az, Sfera.az portalına istinadən məlumatı açıqlayır.
Suriya Prezidenti Bəşər Əsəd naməlum istiqamətdə qaçmağa çalışarkən onu daşıyan İl-76 yük təyyarəsi qəzaya uğrayıb.
Sfera.az xəbər verir ki, bu barədə "Clash Report" məlumat yayıb.
Nəşr iddia edir ki, təyyarə Livan yaxınlığında radarlardan itib. Ərazidə partlayışın qeydə alındığı da bildirilir.
"FlightRadar" saytının məlumatlarına görə, Bəşər Əsədi daşıdığı iddia edilən İl-76 təyyarəsi kəskin enişdən sonra radarlardan itib.
Müxalifət təyyarənin vurula biləcəyini bildirsə də, hələ ki, təsdiqi yoxdur. Versiyalardan biri budur ki, təyyarənin ötürücüləri qəsdən söndürülüb və buna görə İl-76 radarlardan itib.
Baxış sayı:65
Bu xəbər 08 Dekabr 2024 12:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















