Icma.az
close
up
RU
Əsədin təyyarəsi radarlardan itdi: Əhali “Azadlıq” şüarları ilə küçələrdə…

Əsədin təyyarəsi radarlardan itdi: Əhali “Azadlıq” şüarları ilə küçələrdə…

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Suriya Prezidenti Bəşər Əsədin təyyarəsi Dəməşqdən naməlum istiqamətdə havaya qalxıb. 

“Cebheinfo.az” xəbər verir ki, bu barədə “Reuters” agentliyi Suriya ordusunun iki yüksək rütbəli zabitinə istinadən məlumat yayıb.

Bununla paralel olaraq müxalifət Suriyanın paytaxtı Dəməşqə daxil olduğunu elan edib.

“Bununla belə, onlar hökumət qoşunlarının müqaviməti ilə qarşılaşmayıblar”,-deyə  agentlik qeyd edir.

“Reuters” hadisə şahidlərinə istinadən yazır ki, minlərlə insan Dəməşqin mərkəzindəki meydana toplaşıb, onlardan bəziləri maşınlarla gəlib. Onlar “Azadlıq” şüarını səsləndirirlər.

Daha sonra Suriya ordusunun komandanlığı təslim olduğunu elan edib.

Əsədin təyyarəsi radarlardan itib

“Flightradar 24” xidmətinin məlumatına görə, Bəşər Əsədin təyyarəsi radarlardan itib.

Suriya Prezidentinin ofisi bir gün əvvəl əmin etmişdi ki, Əsəd ölkəsindədir və heç bir gizli səfərdə onu tərk etmir. Amma vəziyyət tez dəyişib.

Suriya Ərəb Respublikasının Ofisi əvvəl iddia edib ki, prezident öz işini, milli və konstitusiya vəzifələrini paytaxt Dəməşqdən yerinə yetirməkdə davam edir. Lakin sonradan internetdə siyasətçinin təyyarəsinin ötürücüyü söndürməsi ilə bağlı fərziyyələr ortaya çıxıb. O da qeyd olunur ki, radarlardan itməzdən əvvəl bort sürətlə aşağı enirib. 

Dəməşq nəzarətdə

Dekabrın 8-i səhər saatlarında silahlılar Dəməşqə nəzarəti ələ alıblar. Suriya əsgərləri şəhəri tərk etməyə başlayıb, mərkəzi televiziya binası kənar şəxslər tərəfindən ələ keçirildi.

“RİA Novosti”-nin məlumatına görə, Dəməşqin hökumət məhəlləsində intensiv atışma başlayıb.

Əbu Ruman və Mazzeh bölgəsində intensiv atışma səsləri eşidilir. Silahlıların harada olduğu barədə heç bir məlumat yoxdur.

“Əl-Cəzirə” telekanalının qeyd etdiyi kimi, silahlılar Seydnaya həbsxanasına nəzarəti ələ keçirərək bütün məhbusları azad ediblər.

Baş nazir Dəməşqdəki evindədir 

Suriyanın Baş naziri Məhəmməd Qazi əl-Cəlali evdə olduğunu və oranı tərk etmək niyyətində olmadığını bildirib. O, suriyalıları dövlət əmlakına zərər verməməyə çağırıb.

“Hörmətli suriyalılar, mən öz evimdəyəm və onu yalnız sülh yolu ilə tərk etmək fikrindəyım.

Siyasətçi suriyalıların seçdiyi istənilən hökumətlə əməkdaşlığa hazır olduğunu vurğulayıb.

“Təhrir əş-Şam” hələlik ölkəyə rəhbərliyi indiki Baş nazirə həvalə edib.

Xəzər
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:159
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 08 Dekabr 2024 10:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see739

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see582

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see570

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see320

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see313

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see282

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see280

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see274

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see270

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see267

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see266

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see266

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see265

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see263

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see241

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see229

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see222

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see217

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see210

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri