Əsədin zindanında tapılan adamın sirri: İki ölkə onu axtarırdı
Icma.az xəbər verir, Teleqraf.com saytına əsaslanaraq.
Suriyada bir həbsxanada tapılan amerikalı səyyah Travis Timmermanın yoxa çıxması sirlərlə doludur.
Teleqraf.com xəbər verir ki, bu barədə “Bild” yazır.
29 yaşlı Timmerman ABŞ ordusunun müdaxiləsi ilə həbsxanadan çıxarılıb və Suriyanı tərk edib. Təxliyyə əməliyyatı uğurlu olub, Timmerman indi təhlükəsizlikdədir.
Amerikalı səyyah 7 ay əvvəl Suriyaya adi bir turistik səfərə yollansa da, Dəməşqdə həbs edilib.
“Timmermanın yoxa çıxması müəmmaya çevrildi, onu sonuncu dəfə Budapeştdə görmüşdülər. Bundan sonra Macarıstan polisi və Missuri ştatının (ABŞ) rəhbərliyi onun axtarışına başladı. Bəşər Əsəd rejiminin devrilməsindən sonra Timmerman Dəməşq həbsxanasında tapıldı”, - nəşr qeyd edir.
Amerikalı həbsxanada olarkən işgəncə verildiyini düşündüyü digər məhbusların fəryadlarını eşitsə də, onunla normal davranıldığını deyib. Əvvəlcə ABŞ-la əlaqə saxlamaqdan imtina etsə də, sonradan buna razılıq verib.
Bəzi yerli jurnalistlər Timmermanı 10 il əvvəl Suriyada yoxa çıxan amerikalı müxbir Ostin Taysla səhv salıblar. Bu fərziyyə yanlış çıxdı, Taysın taleyi naməlum olaraq qalır.
Xatırladaq ki, Travis Timmerman dekabrın 12-də Dəməşq şəhəri yaxınlığında yerləşən bir həbsxanada tapılıb.
Baxış sayı:118
Bu xəbər 14 Dekabr 2024 18:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















