Icma.az
close
up
RU
Əsədlə bağlı sürpriz iddia: “Türkiyənin razılığını aldıqdan sonra...”

Əsədlə bağlı sürpriz iddia: “Türkiyənin razılığını aldıqdan sonra...”

Suriya müxalifəti Bəşər Əsəd rejimini devirmə planını təxminən 6 ay əvvəl Türkiyəyə çatdırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Reuters” Suriyanın rəsmi mənbələrinə istinadla məlumat yayıb.

“Müxalif qüvvələri Türkiyənin səssiz razılığını hiss etdikdə, Prezident Bəşər Əsədi devirmək imkanlarının olduğunu düşündülər”, - mənbə bildirib.

Rəsmilər müharibənin ilk günlərindən Suriya müxalifətinin əsas dəstəkçisi olan Türkiyəni xəbərdar etmədən irəliləyişin mümkün olmadığını söyləyiblər.

Mənbə qeyd edib ki, Ankaranın Əsədi masaya oturtmaq cəhdləri uğursuzluğa düçar olduqdan sonra “Heyət Təhrir əş-Şam”ın (HTŞ) rəhbərlik etdiyi müxalifət planın təfərrüatlarını Türkiyəyə çatdırıb.

Ankaranın döyüş hazırlığından xəbərinin olub-olmaması ilə bağlı sualları cavablandıran bir Türkiyə rəsmisi “Reuters”ə deyib:

“HTŞ bizdən əmr və ya göstərişlər almır və əməliyyatlarını bizimlə əlaqələndirmir”.

Bir ABŞ rəsmisi də bildirib ki, Vaşinqton Türkiyənin müxalifətə ümumi dəstəyindən xəbərdardır, amma Türkiyənin hücumlarla bağlı hər hansı üstüörtülü təsdiqindən xəbəri yoxdur.

seeBaxış sayı:81
embedMənbə:https://teleqraf.com
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri