Icma.az
close
up
RU
Əsədov Tehran masasında: 19 rusun səfəri Zəngəzur dəhlizinə görədir?

Əsədov Tehran masasında: 19 rusun səfəri Zəngəzur dəhlizinə görədir?

Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun ötən gün İrana işgüzar səfəri maraqla qarşılandı. Onun müavini Şahin Mustafayevin səfərindən sonra Tehrana yollanması isə xüsusi diqqət çəkib. 

Ə.Əsədov fevralın 18-də Tehranda keçirilən 3-cü Xəzər İqtisadi Forumunda iştirak edib.

Bundan öncə Rusiyanın 19 şirkətinin nümayəndəsinin Tehrana səfəri müzakirələrə səbəb olmuşdu. İki ölkə rəsmilərinin Zəngəzur dəhlizi ilə bağlı mövzunun aktual olduğu bir zamanda İrana ard-arda səfərləri bu istiqamətdə hərəkətliliyin olması kimi dəyərləndirilir.

Baş nazirin səfəri çərçivəsində dəhliz məsələsi ilə bağlı müzakirələrin olması mümkündürmü?

Globalinfo.az-a danışan deputat Elçin Mirzəbəyli deyib ki, Əli Əsədovun Tehrana səfəri İran İslam Respublikasında Xəzəryanı ölkələrin dövlət rəsmiləri və biznes elitasının təmsilçilərinin iştirakı ilə keçirilən Xəzər İqtisadi Forumu ilə bağlıdır:

“Rusiyanı forumda bu ölkənin baş nazirinin müavini Aleksey Overçukun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir. O baxımdan, Azərbaycanın baş nazirinin İrana səfərinin Zəngəzur dəhlizinə birbaşa hər hansı bir aidiyyəti yoxdur. Elə Rusiya rəsmilərinin və bu ölkəyə məxsus, əsasən İT sahəsində çalışan şirkətlərin rəhbərlərinin də Tehrana səfərini dəhlizlə əlaqələndirə biləcəyimiz heç bir məqam nəzərə çarpmır.

Şübhəsiz ki, Xəzəryanı ölkələrin həm təbii ehtiyatlar, həm mövcud və perspektiv nəqliyyat dəhlizləri və marşrutları, həm də insan resursları baxımından çox böyük potensialı var. Bu potensialdan qarşılıqlı faydalı əməkdaşlıq müstəvisində yararlanmaq bütün Xəzəryanı dövlətlərin maraqlarına uyğundur. Zəngəzur dəhlizinin reallaşması isə regiondakı iqtisadi fəallığı artıra və bölgə ölkələrinə yükdaşınmaların səmərəliliyi və intensivliyi baxımından böyük töhfə verə bilər.


Elçin Mirzəbəyli

Zəngəzur dəhlizi “Orta dəhliz”in bir hissəsi kimi nəzərdə tutulsa da, bu layihənin Şərq-Qərb və Şimal-Cənub layihələri arasında unikal sinerji yarada biləcəyi və hər iki beynəlxalq nəqliyyat dəhlizləri üzrə yükdaşınmalarının səmərəliliyini artıracağı, həm maliyyə resurslarının, həm da vaxtın qənaətinə imkan yarada biləcəyi perspektivi çox böyükdür. Bununla yanaşı Zəngilandan Türkmənsəhraya, Türkmən Limanına qədər uzanacaq multimodul nəqliyyat marşrutu Şimal-Cənub layihəsi üzrə Azərbaycan ərazisindən keçəcək ikinci marşrutun açılması və təbii ki, bütövlükdə bölgənin kommunikasiya imkanlarının genişlənməsi deməkdir. Xəzəryanı ölkələrin iqtisadi əlaqələrinin real inkişafının yolu nəqliyyat dəhlizlərinin inkişafından və ilk növbədə Zəngəzur dəhlizindən keçir”.

Turan Rzayev
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:150
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 18 Fevral 2025 18:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri