Icma.az
close
up
RU
“Əsərlərimin əksəriyyəti son iki ildə ərsəyə gəlib” Şuşalı rəssam

“Əsərlərimin əksəriyyəti son iki ildə ərsəyə gəlib” Şuşalı rəssam

Icma.az, Azertag saytına istinadən bildirir.

Şuşa, 5 may, AZƏRTAC

Rəssam Rövşən Bayramov Şuşadan ayrı qaldığı 32 il ərzində doğma şəhərini rəsmlərində yaşadıb. O, yaddaşında qoruduğu Şuşanın küçələrini, məhəllələrini və abidələrini ağ vərəqlərə köçürərək bu ayrılığa sənətlə təsəlli tapıb. Bu gün isə həmin xatirələr reallığa çevrilib - rəssam Şuşaya qayıdan ilk sakinlərdən biri kimi doğma şəhərdə yaşayır, yenidən yaradır, azad Şuşanı artıq xəyallarında deyil, canlı mənzərələr əsasında kətanda əks etdirir.

O, AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bildirib ki, sənətə olan marağı hələ gənc yaşlarından yaranıb. Orta məktəbi bitirdikdən sonra Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində təhsil alıb və peşəkar yaradıcılıq yoluna qədəm qoyub. “Əvvəlcə Şuşa şəhər mədəniyyət evində tərtibatçı rəssam kimi çalışdım. 1982-ci ildə Şuşada Rəsm Qalereyasının açılışı oldu. Açılışda Ulu Öndər Heydər Əliyev də iştirak edirdi. Əsərlərə baxdı, mənim qrafik işlərim xoşuna gəldi və mənə uğurlar arzuladı”, – deyən rəssam ötən günləri yada salır.

R.Bayramov bildirib ki, Rəsm Qalereyası 1982-ci ildən 1992-ci ilədək fəaliyyət göstərib: “Şuşa şəhəri işğal olunanda qalereyadakı rəsm əsərlərini çıxara bilmədik. Bakı şəhərində məskunlaşdıq və bir neçə aydan sonra yeni əsərlər çəkməyə başladım. Şuşanı, köhnə məhəllələri xəyalımda canlandıraraq 150 rəsm əsəri yaratdım”.

2020-ci ildə Qarabağın işğaldan azad edilməsi rəssamın həyatında yeni mərhələ açıb. O, Şuşaya ilk köçənlərdən biri olub. “2024-cü il mayın 10-da Prezident İlham Əliyev yeni evimizin açarlarını bizə təqdim etdi. Görüş zamanı Prezidentə söz verdim ki, Şuşada yeni əsərlər yaradacağam. Elə də oldu, növbəti səfərində yeni çəkdiyim əsərləri ona təqdim etdim”, - deyən rəssam Şuşaya gələndə ilk getdiyi yerlərdən biri elə Rəsm Qalereyası olub: “Bir hissəsi dağılsa da bir hissəsi durur. Ən böyük arzularımdan biri Rəsm Qalereyasının bərpa olunaraq fəaliyyətini davam etdirməsidir”.

Artıq iki ildir doğma şəhərində yaşayıb-yaradan sənətkarın bu müddət ərzində Şuşada üç sərgisi təşkil olunub. Onun əsərlərində Şuşanın qədim abidələri və küçələrinin təsviri üstünlük təşkil edir. Rəssam qeyd edir ki, əsərlərinin 90 faizi məhz son iki ildə ərsəyə gəlib.

Rövşən Bayramovun tablolarındakı rənglərin parlaqlığı və canlılığı tamaşaçıların da diqqətini çəkir. Rəssam bunu Şuşanın özünəməxsus təbiəti ilə əlaqələndirir: “Sərgilərdə mənə həmişə deyirlər ki, əsərlərinizdə rənglər niyə belə canlıdır? Cavab verirəm ki, Şuşanın rəngi elədir. Şəhər sanki özü parıldayır. Şuşadan aşağı endikcə rənglər sanki bozarır, amma o təravət burada həmişə var. Ona görə də mənim əsərlərim rənglərinə görə də seçilir”.

Sənətkar Şuşanın yalnız küçələrini, qədim məhəllələrini, abidələrini deyil, həm də şəhərin tarixi şəxsiyyətlərini kətana köçürür. O, Kərim bəy Mehmandarov, Mir Mövsüm Nəvvab, Xurşidbanu Natəvan və Cabbar Qaryağdıoğlunun portretlərini onların yaşadıqları evlərin fonunda, qrafik üslubda işləyib.

Söhbət zamanı rəssam neçə illik xəyallarının məhsulu olan son əl işini də bizə nümayiş etdirir. “Həmişə eşitmişdim ki, qədimdə Şuşada evlər çox sıx olub. Axır ki, neçə ildən sonra onun eskizini etdim və bu gün sonuncu rəngləri vuraraq əsəri tamamladım. Növbəti hədəfim isə Daşaltı kəndinin mənzərələrini çəkməkdir. Bu əsərlər yüz illərlə qalacaq, gələcək nəsillər Şuşanı bu tablolar vasitəsilə tanıyacaqlar”, – deyə Rövşən Bayramov vurğulayıb.

Rəssamın evindən ayrılarkən divarlardakı rəngarəng tabloları bir daha nəzərdən keçiririk. Rövşən Bayramov indi təkcə keçmişin xatirələrini deyil, həm də dirçələn Şuşanın işıqlı gələcəyini rənglərin dili ilə tarixə köçürür. Onun fırçası artıq daha inamlıdır - çünki bu rənglər xəyalın deyil, azad və doğma Şuşanın rəngləridir.

Müxbir – Tahir Ağaməmmədov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 May 2026 11:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see328

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see322

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see321

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see305

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see304

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see287

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see287

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see283

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see270

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see249

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see240

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see235

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see234

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see234

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see227

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see224

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see202

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see201

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri