Icma.az
close
up
RU
Menu

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

Ronaldo tarixə düşdü

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

Əsgər anası darvazaya dırmaşırsa...

Əsgər anası darvazaya dırmaşırsa...

Bizimyol saytına istinadən Icma.az xəbər verir.

Hərbi hissənin önünə toplaşan əsgər yaxınlarının görüntülərinə baxdım. Hətta bir əsgər anası hərbi hissənin darvazasına dırmaşıb. Etiraf edim: çox qarışıq, əslində çox ağır hisslər keçirdim.

Hələ Sovetlər dövründə - Sovet hərbi dəniz donanmasında xidmət etmiş bir dostumun söylədikləri yadıma düşdü. O danışırdı ki, xidmət etdiyi hərbi gəmi aylarla yol getdikdən sonra Afrikanın cənubunda sahilə yaxınlaşıb. Orada gəmidəki xeyli hərbi qulluqçunu "dəniz xəstəliyi" haldan salıbmış. Bir çoxu hətta ayaq üstə dayana, kömək olmadan yeriyə bilmirmiş. Dostum deyirdi ki, yüksək rütubətdən nəfəs ala bilmirmişlər, istidən bədənlərinin dərisi yanıb soyulurmuş.

Hərbi dəniz donanmasında üç il matros olaraq xidmət etmişdi. Şəxsən mən Uzaq Şərqdə - əvvəlcə Çin, sonra isə Yaponiya sahillərində hərbi xidmətdə olmuşam. Qışın nə az, nə çox, düz 9, bəzən hətta 10 ay çəkdiyi bir bölgədə. Temperaturun mənfi 56, hətta bir dəfə 61 dərəcəyə çatdığı Şimali Saxalində, qismən Kuril adalarında. Elə zamanlar olurdu, aylarla evə məktub yazmaq da yasaqlanırdı. Qazaxıstanda - Sarışaqan poliqonunda, səhranın ortasında ilanlara, əqrəblərə hədəf olan əsgərlərin zəhərin təsirindən necə şişib, qaralıb, can verməsi gözlərimin önündən getmir.

Əminəm ki, bizim nəsillərə mənsub bir çox insan öz xatirələrini yazsa, məlum olacaq ki, dostumdan və məndən daha ağır şərtlərdə hərbi xidmət keçiblər.

Bax, onda nə çəkdiyimizdəm heç birimizin ata-anasının xəbəri olmurdu; mənim xidmət etdiyim Uzaq Şərq Hərbi Dairəsində, o cümlədən, bizim hərbi birləşmədə ailələrlə yazışmalar Xüsusi İdarədə açılıb oxunurdu, nəinki hərbi sirrlərdən, əsgərlərin məişət çətinliklərindən bəhs edən məktublar məhv edilirdi. Öz evindən, ailəsindən minlərlə kilometrlik məsafədə xidmət keçən əsgərlər idik biz. Hətta dənizçi dostum kimi on minlərlə uzaqlara üzüb gedənlər vardı və sair. Heç bir yaxınımız bizimlə nəinki həftədə, heç ildə bir dəfə görüşə gəlmirdi, gələ də bilməzdi. Əvvəla, qadağan idi, ikincisi məsafələr imkan vermirdi. İndi ökəmizə baxaq: ən uzaq nöqtəyə məsafə 500-600 kilometrdir. Hər həftə öz övladını gedib görmək adət halını alıb. Üstəlik telefon əlaqəsi var. Bizim zamanımızda bunların heç biri yox idi, indi var. Amma əsgər yaxınları yenə narazıdır; görünməmiş ajiotaj yaradırlar. Mən demirəm ki, bizim çəkdiyimiz əziyyətləri indiki nəsillər də çəkməlidir. Xeyr! Demək istədiyim başqa bir şeydir.

Baxın: bu il birinci sinfə gedən uşaqlar, həm də oğlan uşaqları arasında ağlayanların sayı, deyəsən, daha çox idi. Görüntülərdən bu nəticəyə gəldim və çox üzüldüm. Bu uşaqları belə böyütmək olmaz axı. Onlar sabah orduya gedəndə necə olacaq?! Bir hərbi hissədə ən azı yüzlərlə əsgər var. Hamısının anası darvazaya dırmaşıb, bizi Rusiya, İran, Ermənistan... mediasında gülüş obyektinə çevirəcək?! Bunu da keçdik, darvazaya çıxan o qadının əsgər övladı hərbi hissədə - əsgər yoldaşları arasında, xidmətdən sonra qayıdıb gəldiyi cəmiyyətdə necə ağır travmalar, mənəvi zədələr alacaq! Fərqindəyikmi?! Xüsusilə oğlan uşaqlarını bu qədər "anasının gül balası" olaraq böyütmək ailələrin özlərinə, öz övladlarına, ölkəyə, cəmiyyətə çox zərərli, hətta təhıükəlidir. Bir ara bu "gül balalar" küçələrdə bahalı avtomibillərdə yüksək sürətlə üstümüzə çıxırdı. Elə indi də.

Məktəblərdə kişi müəllimlərin azalması, qadın müəllimlərin çoxluğu onsuz da oğlanların kişiyə xas xarakter xüsusiyyətlərinin formalaşmasına öz mənfi təsirini göstərir. Bu baxımdan məktəblərdə balans itib artıq. Küçə də o küçə deyil, bilirsiniz. Orda da oğlan, ya qız - fərq etməz, uşaqları ayrı növlərdə təhlükə gözləyir. Bir də hələ sosial şəbəkələr var; virtualdakı görünən və görünməz tələlər... Başqa cəmiyyətlərdən cürbəcür yollarla bizə sırınan yad tendensiyalar, rəzil orientasiyalar var, o da ayrı bir bəla. Bütün bunların qarşısında ailələr onsuz da öz övladlarını çətinliklə qoruyub, böyüdür. Belə olan halda ailə də öz övladını qorumaqdan imtina edirsə... Bilərəkdən, ya bilməyərəkdən, fərqi yoxdur.

Müdafiə Nazirliyi əvvəlcədən və dəfələrlə bildiriş yayıb ki, əsgərlərin sağlamlığını qorumaq üçün kənar şəxslərlə fiziki ünsiyyət keçici olaraq məhdudlaşdırılıb. Yəni hərbi qulluqçuların yaxınları - ailələri ilə görüşlər məhdudlaşdırılıb, qısası, qadağan olunub.

Dövlətin bir bildiyi var, demək. Buna rəğmən əsgər ailələrinin hərbi hissələrin qarşısına axışıb, belə vur-çatlasın yaratması nədir axı?! Bu, dövlətə, qalib orduya hörmətsizlik, insanların özünə sayğısızlığı deyilmi?!

Öz övladını dövlətə əmanət etmiş ana darvazaya çıxanda, bununla dövlətinə, millətinə, özünə və övladına necə bir pislik etdiyini bəlkə bilmir. Oğlan övladlarını "ana uşağı" kimi böyütməyin zərərini bəlkə hesablaya bilmirik. Ancaq bunu insanlar əvvəl-axır bilməli, anlamalıdır. "Mənəviyyat nazirlikləri" öz üzərinə düşəni etməlidir. Din xadimləri "cin-şeytan" nağılları danışmaqdan, yaslardan pul qırmaqdan vaxt tapanda, bir zəhmət, dirilərlə də məşğul olsun bəlkə! Televiziya kanalları, biz - media olaraq, eləcə də, məktəb, mədəniyyət, ədəbiyyat buna diqqət verməliyik. Xırda məsələ deyil bu.

O ananın o gün o hərbi hissənin darvazasına baxanda, bəlkə çoxumuz güldü, bir qism adamın da yazığı gəldi və sair. Qəzəblənən də oldu, sadəcə, təəssüflənən də. Ancaq bu, doğrudan, ağır bir görüntüdür. Bu görüntünün arxasında görünən və görünməyən mətləblər var. Bunu düşünmək gərəkdir. Düşünmək və nəticə çıxarmaq...

Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi, bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:219
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 17 Sentyabr 2025 14:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see402

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see386

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see316

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see311

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see221

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see218

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see218

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see216

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see211

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see198

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see192

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see190

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see185

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see184

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see183

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see182

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see178

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see173

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see168

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri