Əsgər gedən gəncin gündəm olan VİDEOsu
Icma.az, Milli.az saytına istinadən bildirir.
Əsgərliyə yola salınan gəncin görüntüləri sosial şəbəkələrdə maraqla qarşılanıb. Xüsusilə onun atasına dediyi sözlər və səsləndirdiyi muğam ifası diqqət çəkib.
Milli.Az xəbər verir ki, yayılan videoda gəncin hərbi xidmətə yollanmadan əvvəl atasına müraciət edərək "Ata, bir "Segah" oxuyum, sonra gedim" deməsi duyğusal anlar yaşadıb. Daha sonra isə o, muğam ifasını səsləndirib.
Ətrafdakılar tərəfindən lentə alınan görüntülər qısa zamanda sosial şəbəkələrdə yayılıb. Gəncin səsi və muğama olan sevgisi izləyicilər tərəfindən böyük rəğbətlə qarşılanıb.
Videoya çoxsaylı rəylər yazılıb. Bir çox istifadəçi gəncin vətən sevgisini, milli musiqiyə bağlılığını və səmimi davranışını alqışlayıb. Görüntülər xüsusilə muğamsevərlər tərəfindən də maraqla paylaşılıb.
Musa
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:179
Bu xəbər 11 May 2026 05:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















