Əsgərləri robotlar əvəz edəcək? Cənubi Koreyadan yeni hərbi addım
Turkstan.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Cənubi Koreya ordusu əməliyyat səmərəliliyini artırmaq və əsgərlərin təhlükəli döyüş tapşırıqlarında iştirakını azaltmaq məqsədilə süni intellektlə təlim keçmiş humanoid və çoxayaqlı robotlardan istifadə etməyə hazırlaşır.
Turkustan.az xəbər verir ki, Cənubi Koreyanın Müdafiə Nazirliyi ordunun süni intellekt texnologiyalarından istifadə imkanlarını genişləndirmək məqsədilə Seulda “Süni intellekt transformasiya mərkəzi” təşəbbüsü çərçivəsində mərasim keçirib.
Proqram çərçivəsində humanoid və çoxayaqlı robotlar süni intellekt modelləri vasitəsilə müxtəlif sahə tapşırıqlarını yerinə yetirmək üçün təlimləndiriləcək.
Xüsusi hazırlıq keçmiş robotlardan təhlükəli ərazilərə materialların çatdırılması, partlayıcı sursatların zərərsizləşdirilməsi və minaların təmizlənməsi kimi işlərdə istifadə olunacaq.
Təşəbbüsün əsas məqsədi hərbi əməliyyatların səmərəliliyini artırmaq və əsgərlərin təhlükəli ərazilərdə birbaşa iştirakına ehtiyacı azaltmaqdır.
Bu çərçivədə Cənubi Koreyada ümumilikdə beş “Süni intellekt transformasiya mərkəzi” yaradılacaq.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 12 Oktyabr 2026 18:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















