Əsgərlərimizi Qərbi Azərbaycanda qırğına verdiniz Babacanyan
Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Paşinyan yazır ki, Qərbi Azərbaycan Qazaxdır, Tovuzdur, Gədəbəydir, Kəlbəcərdir, Qubadlıdır, Zəngilandır.
Axar.az Globalinfo.az-a istinadla xəbər verir ki, bunu erməni ekspert Hasmik Babacanyan qeyd edib.
O bildirib ki, Paşinyanın ritorikası kəskin dəyişib:
“Xatırladım ki, Paşinyan “Qarabağ Ermənistandır” demişdi. İndi isə deyir, Zəngilan, Qubadlı, Kəlbəcər Qərbi Azərbaycandır. Belə olan halda vətəndaşlar ondan soruşurlar: övladlarımızı niyə Qərbi Azərbaycanda (Zəngilan, Qubadlı, Kəlbəcər nəzərdə tutulur – red.) qırğına veridiniz. Əgər ora Azərbaycan ərazisi idisə, 2020 müharibəsində əsgərlərimizin orada nə işi var idi?”, - H.Babacanyan yazıb.
Ekspert qeyd edib ki, artıq insanlar dərin yuxudan oyanır və bu amansız sualı verirlər: “Ermənistan Ermənistandırmı? Yoxsa o da bitdi?”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 10 Yanvar 2025 17:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















