Icma.az
close
up
RU
Əsgərlik yaşı ilə bağlı mühüm açıqlama

Əsgərlik yaşı ilə bağlı mühüm açıqlama

Tribuna portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Məktəbə başlama yaşının 7-yə qaldırılması təhsildə uşaqların inkişafı və öyrənmə potensialları baxımından əhəmiyyətlidir”. Bu barədə təhsil eksperti Kamran Əsədov deyib.  Ekspert qeyd edir ki, 7 yaşında məktəbə başlayan uşaqlar daha motivasiyalı və sinif lideri olmağa meyllidirlər: “Bu yaşda məktəbə başlama onların psixoloji hazırlığı və diqqət mərkəzində olmasına müsbət təsir göstərir. Uşaqlar daha inamlı şəkildə öyrənməyə hazır olur və məktəb həyatına uyğunlaşmada daha yüksək nəticələr göstərirlər.

Beləliklə, məktəbə başlama yaşının 7-yə qaldırılması, uşaqların həm akademik, həm də sosial-emosional baxımdan daha güclü olmalarına kömək edir. Əgər biz uşaqların təhsildə maksimum potensialını ortaya çıxarmaq istəyiriksə, onların təbii inkişaf mərhələlərini nəzərə almalıyıq”.

Qeyd edək ki, bir çox ölkədə uşaqlar 7 yaşında məktəbə başlayır. Məsələn, Rusiyada uşaqların əksəriyyəti 7 yaşında məktəbə başlayır. Finlandiyada ibtidai təhsil 7 yaşdan başlayır və təhsil sistemi dünyada ən yüksək nəticələrdən birinə sahibdir. Norveçdə də uşaqlar 7 yaşında təhsilə başlayır.

Estoniya və Latviyada da məktəb yaşı 7-dir. Eləcə də Polşada uşaqlar 7 yaşda məktəbə getməyə başlayır.

Bu ölkələrdə məktəbə başlama yaşı bir çox səbəblə 7 olaraq seçilib, çünki uşaqların bu yaşda sosial və əqli inkişafı təhsil üçün daha uyğun hesab edilir.

Uşaqların 7 yaşında məktəbə başlaması, bəzi mütəxəssislərin fikrincə, daha faydalı ola bilər, çünki bu yaşda uşaqların sosial və əqli inkişafı təhsil prosesinə daha uyğun hesab edilir. Qeyd olunur ki, 7 yaşda uşaqlar adətən sosial münasibətlərdə daha yetkin və özünəinamlı olurlar. Bu yaşda sinifdə daha asan uyğunlaşır və qrupla işləməyi öyrənirlər.

Uşaqlar 7 yaşa yaxın daha çox diqqət göstərə və təlimatları izləyə bilirlər. Əqli inkişaf mərhələlərində bu yaşda daha yüksək səviyyəli düşünmə bacarıqları formalaşır ki, bu da oxuma-yazma və riyazi biliklərin mənimsənilməsində kömək edir.

7 yaşında uşaqlar stresə daha dözümlü olur və məktəbin intizam qaydalarına daha rahat alışırlar. Onlar üçün məktəb mühitinə uyğunlaşmaq daha asan ola bilər.

Kiçik yaşda uşaqlar üçün oyun əsas öyrənmə metodudur. Məktəbə daha gec başlamaq, onlara oyunlar vasitəsilə yaradıcılıq və təcrübə yolu ilə öyrənmək imkanı verir ki, bu da uzunmüddətli inkişaf üçün faydalıdır.

Mütəxəssislər qeyd edir ki, bu model hər uşağa uyğun olmaya bilər, çünki bəzi uşaqlar daha erkən yaşlarda məktəbə hazır ola bilər. Optimal məktəbə başlama yaşı, həmçinin valideynlərin, təhsilçilərin və mütəxəssislərin uşağın fərdi inkişafını və ehtiyaclarını nəzərə alaraq qərar verməsinə bağlıdır.

Bəs Azərbaycanda məktəb yaşı 7-yə qaldırıla bilərmi? Təhsil eksperti Elşən Qafarov mövzu ilə bağlı “Yeni Müsavat”a açıqlamasında deyib ki, həmkarının fikirləri ilə razıdır: “Ümumiyyətlə, hər bir şəxsin fizioloji yetkinliyi onun doğulduğu,  böyüdüyü ərazinin iqlim xüsusiyyətləri ilə bağlıdır. Sovet dövründə uşaqların həm fizioloji, həm də beyin cəhətdən yetkinliyi 7 yaş götürülüb. Hazırda Azərbaycanda ibtidai təhsil səviyyəsi 6 yaşdan başlayır. Bu yaşdan uşaqlara yazıb-oxumağı öyrədirlər ki, bu da  nəticə etibarı ilə beyin yorulmasına gətirib çıxarır və şagirdlər artıq yuxarı siniflərdə uğur göstərə bilmirlər.

Mən də hesab edirəm ki, məktəb yaşı 7 yaşdan başlayarasa, daha doğru olar. Lakin məsələnin başqa bir tərəfi var, biz 12 illik təhsilə getmək istəyirik. Bu zaman bəzi məsələlər də həll olunmalıdır.  Birinci növbədə biz müəyyən etməliyik ki, 12 illik təhsilə nə vaxt keçəcəyik? Məlum olduğu kimi, dünyada 220-dən çox ölkə varsa, bunun 190-ı artıq 12 illik təhsilə keçib. 12 illik təhsilə keçsək, onda ibtidai təhsil neçənci sinifdən, neçə yaşdan başlayacaq və neçənci sinifləri əhatə edəcək? Daha bir məsələ, əgər 12 illik təhsilə keçsək, onda əsgərlik yaşı da 20-yə qaldırılmalıdır. Qeyd edim ki, Finlandiya təhsil modeli uşaqlara erkən yaşlardan geniş dünya görüşü və həyat bacarıqları qazandırmaq üzərində qurulub. Bu modeldə təhsil yalnız akademik biliklər deyil, həm də sosial, emosional və problem həll etmə bacarıqları üzərində dayanır. Məsələn, ibtidai təhsilin ilk illərində dərslər daha çox oyun əsaslı və təcrübə yönümlüdür ki, uşaqlar öyrənməyi sevsinlər, maraqlarını kəşf etsinlər və özlərini rahat ifadə edə bilsinlər.

Azərbaycanda isə bir çox hallarda təhsilə daha akademik bir yanaşma üstünlük təşkil edir. Valideynlər və müəllimlər uşaqların erkən yaşdan yazıb-oxumağı bacarmasını ön planda tuturlar və bu, sanki təhsilin ən əsas göstəricisi kimi qiymətləndirilir. Halbuki uşaqların erkən yaşlarda inkişaf etdirilməsi lazım olan başqa bacarıqlar da var ki, bunlar onlara gələcək həyatlarında daha çox fayda gətirir. Yaradıcı düşünmə, sosial münasibətləri qurma, özünəinam və müstəqillik kimi bacarıqlar, əslində onların akademik uğurlarından daha vacib ola bilər. Qərb təhsil sistemləri, xüsusilə Finlandiya modeli, göstərir ki, təhsil yalnız bilik öyrətmək deyil, həm də uşağın şəxsiyyətini və düşüncə tərzini formalaşdırmaqdır. Bu yanaşma gələcək nəsillərin daha geniş baxışlı, məsuliyyətli və yaradıcı insanlar kimi yetişməsinə yardım edir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:223
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 06 Noyabr 2024 10:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see268

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see243

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see235

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see232

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see226

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see208

Prezidentin qurultaydakı mesajları Azərbaycanın müstəqil siyasət kursunun davamlılığını göstərir Fərid Şa…

02 Oktyabr 2026 22:29see205

Yağışlı hava ilə bağlı bu yolda sürət həddi endirilib

02 Oktyabr 2026 23:53see200

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see195

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

03 Oktyabr 2026 00:38see189

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see186

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see184

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see178

Azərbaycanda neçə cüzamlı xəstə var?

03 Oktyabr 2026 01:32see176

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see171

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see163

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see158

Şimal bölgəsində payızın ilk qarı FOTO

03 Oktyabr 2026 08:40see156

UEFA Millətlər Liqası: Türkiyə ardıcıl üçüncü oyunda məğlub olub

03 Oktyabr 2026 00:46see156

Real Madrid onun üçün 200 milyon ödəyəcək?

03 Oktyabr 2026 00:00see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri