Icma.az
close
up
RU
Əsgərliyə gedənlər kompensasiya və ya təzminat ala bilər BU HALLARDA

Əsgərliyə gedənlər kompensasiya və ya təzminat ala bilər BU HALLARDA

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

Son vaxtlar sosial şəbəkələrdə hərbi xidmətə gedən gənclərlə bağlı bəzi məlumatlar yayılır. 

Onlardan bir qismində göstərilir ki, hərbi xidmətə yararlı olması barədə rəy alan bəzi gənclər daha sonra hərbi xidmətdə problemlərlə üzləşirlər. Belə ki, səhhətində yaranan problemlərlə əlaqədar onlara yenidən hərbi xidmətə yararsız olduqları bildirilir. 

Beləliklə, müxtəlf səbəblərdən gənc əsgər ordudan vaxtından əvvəl tərxis olunur. Bu halda onlara kompensasiya ödənilməsi qanunla tənzimlənirmi? 

Məsələ ilə bağlı hüquqşünas Ruslan Mustafayev “Cebheinfo.az”-a bildirib ki, bu kimi hallar tez-tez müşahidə edilməsə də, bəzən ağır nəticlərə də gətirib çıxarır: 

“Hətta ölümlə nəticələnən hallar da baş verə bilər. Ümumiyyətlə, bu proseslə bağlı iki hal var. Birincisi halda həmin şəxsdə əvvəlcədən müəyyən xəstəlik olur, ancaq komissiyadan keçən zaman müəyyən səhlənkarlıq, diqqətsizlik səbəbindən düzgün araşdırılmır, doğru diaqnoz qoyulmur və həmin şəxs yararlı hesab olunaraq hərbi xidmətə göndərilir. 

Artıq xidmət keçən zaman həmin xəstəlik inkişaf etməyə başlayır, fəsadları yaranır. Həmin fəsadlar o şəxsin ölümü ilə də nəticələnə bilər. İkinci hal ondan ibarətdir ki, xidmət keçən zaman hər hansı bir xəstəlik yaranır, inkişaf edir və yenə də mənfi nəticələri olur. 

Həmin şəxs xəstəlik ucbatından xidməti davam etdirə bilmir və komissiya tərəfindən xidmətə yararsız kimi qeyd olunur. Əslində birinci hal baş verdikdə, həkim rəyinə ehtiyac yaranır. Həkim rəy verməlidir ki, komissiyadan keçən zaman bu xəstəlik mövcud ola bilərdi, ya yox. 

Əgər mütəxəssis komissiyada əslində bu halın müəyyən edilməsinin mümkün olduğuna dair rəy versə, şəxs müvafiq qurumlara qarşı iddia qaldırıla  bilər. Şəxsin bu halda ona dəymiş maddi-mənəvi ziyanın əvəzini tələb etməsi mümkündür. Əgər ikinci hal baş verirsə, yəni şəxs xidmət keçən zaman yaranan müəyyən xəstəliklə bağlı xidmətə yararsız hesab edilirsə, kompensasiya almaq hüququ var. 

Bu, o halda baş verir ki, həmin xəstəlik ucbatından şəxs əlilliyə məcbur olur. Əgər şəxsə əlillik müəyyən olunarsa, həmin əlilliyin yaranma səbəbi məhz xidmətkeçmə dövründə qazanılan xəstəlik ucbatındandırsa, onun sığortadan kompensasiya almaq hüququ yaranır. 

Azərbaycanda bütün hərbçilər, xidmət keçən əsgərlər belə sığorta olunurlar”. Hüquqşünas deyib ki, bu günə qədər praktikasında şəxsin xəstə halda hərbi xidmətə göndərilməsi nəticəsində fəsadların yaranması ilə bağlı məhkəməyə müraciət edib, kompensasiya tələb olunması halları ilə rastlaşmayıb: 

“Digər hallarda isə fiziki şəxslər onlara dəyən maddi ziyanı təsdiqləyici sübutlarla, həmçinin mənəvi ziyanı təsdiq edən halları göstərməklə məhkəməyə müraciət edərək həmin ziyana uyğun kompensasiya tələb ediblər. Yəni burada kompensasiyanın konkret məbləği yoxdur. Sığortada isə konkret məbləğlər var. 

Şəxs vəfat edirsə, 11 min manat, əlilliyin dərəcəsinə görə 8 min manata qədərdir. Ümumiyyətlə, bir şəxsə 1000 manat, digər şəxsə 20 min manat maddi və mənəvi ziyan dəyə bilər, yəni bu fərdidir”. 

Nigar Abdullayeva 
“Cebheinfo.az”

Açar sözlər: əsgər Ruslan Mustafayev

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 07 Yanvar 2026 15:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see646

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see230

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see188

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see182

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see173

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see171

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see170

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see159

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see157

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see157

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see154

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see143

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see140

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see139

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see135

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see134

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri