Icma.az
close
up
RU
Əsgərovun banka qoyduğu külli miqdarda pulu atası çıxarıb Təfərrüat

Əsgərovun banka qoyduğu külli miqdarda pulu atası çıxarıb Təfərrüat

GlobalInfo saytına istinadən Icma.az xəbər verir.

“Kəpəz” televiziyasının sabiq sahibi Rüfət Əsgərovun 2008-ci ildə “MuğanBank”a qoyduğu 300 min dollar əmanətin yoxa çıxması ilə bağlı iddiasına məhkəmə qaydasında aydınlıq gətirilib.

Globalinfo.az bildirir ki, Teleqraf-ın əldə etdiyi məlumata görə, oğul Əsgərov iddiasına bilidirib ki, 2008-ci ildə bankla “Xüsusi Əmanət (depozit) hesabı haqqında” 7 müqavilə imzalayıb və 300 min dollar əmanət yatırıb.

Onun iddiasına görə, 2020-ci ildə əmanətini geri götürmək istəyərkən Rüfət Əsgərova bankda hesabının olmadığı bildirilib. Ona əmanətin tam məbləğinin çıxarıldığı deyilib. R.Əsgərov isə belə bir çıxarış etmədiyini, pulun geri çəkildiyi həmin vaxt ümumiyyətlə, Azərbaycanda olmadığını dilə gətirib.

Cavabdeh isə bildirib ki, iddiaçı iddia ərizəsində göstərdiyi 7 ədəd “Xüsusi Əmanət (depozit) hesabı haqqında” müqavilələri 13 il bundan əvvəl bağlanılıb və həmin gün müqavilələrin hər birinin əslinin 1 nüsxəsi iddiaçıya təqdim edilib. Bundan əlavə iddiaçıya müqavilələrdə nəzərdə tutulmuş qaydada 7 ədəd bank kitabçası verilib. İddiaçı iddia ərizəsi verərkən müqavilələri təqdim etsə də, bank kitabçasını təqdim etməyib:

“Həmin sənədləri iddiaçı ona görə təqdim etməyib ki, müqavilələr üzrə qoyulan vəsaiti iddiaçının atası Əsgərov Razim İsmayıl oğluna Gəncə şəhəri 1-ci DNK-da verdiyi və 3 il müddətində qüvvədə olan etibarnaməyə əsasən sonuncu tərəfindən çıxarılıb. Etibarnamədə iddiaçı atası Əsgərov Razim İsmayıl oğlunun bank orqanlarından ona çatası pulu, əmanəti eləcə də, sənədləri almağı, bank orqanlarında olan hesablar üzərində sərəncam verməyi etibar edib. Göstərilən etibarnaməyə əsasən Əsgərov Razim İsmayıl oğlu tərəfindən “MuğanBank”ın Gəncə filialı ilə iddiaçı arasında bağlanmış “Xüsusi Əmanət (depozit) hesabı haqqında” müqavilələr üzrə 7 ədəd bank kitabçası təqdim edilərək əmanətlər və həmin aylar üzrə faizlər çıxarılaraq həmin müqavilələrə xitam verilib. İş materiallarında olan sənədlərdən görünür ki, iddiaçı 2009-cu il tarixindən bu günə kimi Azərbaycan Respublikasında olub və bankların bağlanması ehtimalı olduğu halda qoyduğu külli miqdarda vəsaitlə maraqlanmaması, eyni zamanda həmin vəsait ilə əlaqədar faizləri almaması bir daha təsdiq edir ki, iddiaçı əsassız olaraq varlanmaq niyyətinə düşüb. Qeyd edilən məbləğlər Əsgərov Razim İsmayıl oğlu tərəfindən alındığından bank kitabçaları da banka geri qaytarılmış və müqavilələrə xitam verilmişdir”.

Prosesin yekununda Ali Məhkəmə R.Əsgərovun Kassasiya şikayəti təmin etməyib.

Qeyd edək ki, “MuğanBank”ın lisenziyası 2023-cü ildə ləğv edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:93
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 12 Yanvar 2026 16:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see186

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see185

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see180

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see162

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see162

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see159

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see153

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see152

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see148

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see148

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see140

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see137

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see132

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri