Icma.az
close
up
RU
Əsgərxan Novruzov: “İnanıram ki, yenidən Avropa çempionu olacağıq”

Əsgərxan Novruzov: “İnanıram ki, yenidən Avropa çempionu olacağıq”

Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Sərbəst güləş üzrə U17 milli komandanın böyük məşqçisi Əsgərxan Novruzovun Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə müsahibə verib.

İdman.biz xəbər verir ki, o, Avropa çempionatına hazırlıq mərhələsindən danışıb.

- Astarada keçirilən ölkə birinciliyinin nəticələrini necə qiymətləndirirsiniz?

- Yeniyetmələrdə istər-istəməz hər il komanda yenilənir. 2007-ci il təvəllüdlü uşaqlar artıq gənclərə keçdilər. Onların arasında Avropa və dünya mükafatçıları, çempionları var idi. Ötən ildən U17-də qalan heyət üzvlərinin 90 faizi öz sözlərini Astarada da dedilər. Çox yox, cüzi yenilik oldu. Əslində yeniliyin olması yaxşı əlamətdir. Məsələn, Avropa, və dünya mükafatçısı Hüseyn İsmayılov 65 kq-da medalsız qaldı. Bu, o deməkdir ki, həmin çəkidə daha güclü rəqabət olub. Rəqabətin olmağı inkişaf deməkdir. Deməli, güləşimiz ilbəil inkişaf edir.

- “Zəfər kuboku”nda iştirak etmədiniz. Avropa çempionatına qədər hər hansı yarışa qatılmamağınız problem yaratmayacaq ki?

- Düzdür, Avropa çempionatına qədər yarış olanda daha yaxşı olur. Amma ötən il də Avropa çempionatına yarışsız getmişdik. Daha dəqiq desək, Türkiyədəki yarışda çıxış etdikdən sonra ölkə birinciliyi keçirilmişdi. Ölkə birinciliyindən sonra isə Avropa çempionatına qədər heç bir yarışa qatılmamışdıq. Buna baxmayaraq, Avropa çempionatından yaxşı nəticələrlə qayıtdıq. Komanda da Avropa çempionu oldu. İnşallah, inanıram ki, bu il də yarışın olmamağı bizə problem yaratmayacaq. Əsas məşqlərdir, hazırlıq prosesidir.

- Həmişəki kimi, məsul yarışa hazırlığı Xaçmazda keçirsiniz?

- Burada yüksək səviyyədə şərait yaradıblar. Artıq ikinci təlim-məşq toplanışını başa vurduq. Əvvəl ümumi-xüsusi fiziki hazırlığa, daha sonra isə taktika və texnikanın təkmilləşdirilməsinə diqqət ayırdıq. Son toplanışımızı da Xaçmaz Olimpiya İdman Kompleksində keçirməyi planlaşdırırıq. İnanıram ki, yenidən qızıl, gümüş, bürünc medalları qazanaraq, komanda hesabında Avropa çempionu olacağıq.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 22 May 2025 18:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see192

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see189

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see172

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see163

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see161

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see158

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see155

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see153

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see151

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see143

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see143

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see140

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see139

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see135

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see134

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see133

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see132

Dünyada ən çox televizor satan şirkətlər

11 Yanvar 2026 03:04see129

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see126

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri