Icma.az
close
up
RU
“Əsiri güllələdilər və bizə meyiti verdilər” Yeni böhtan kampaniyası...

“Əsiri güllələdilər və bizə meyiti verdilər” Yeni böhtan kampaniyası...

Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Rauf Zeyni: “Azərbaycanla Ermənistanın sülhə doğru getdiyi bir vaxtda müxtəlif mərkəzlər tərəfindən maliyyələşdirilən, kimlərsə tərəfindən idarə olunan, hansısa sifarişləri yerinə yetirən Siranuş Sahakyan...”
Erməni saxtakarlığı heç bir sınır tanımır. Elə ağ yalanlar uydurub danışırlar ki, adam onların bu “isetdadına” məəttəl qalır.
Həm rəsmi, həm qeyri-rəsmi şəxslərinin, həm də ictimai təşkilatlarının uydurduğu yalanlar isə günü-gündən çoxalır.
Beynəlxalq və Müqayisəli Hüquq Mərkəzinin direktoru Siranuş Sahakyanın açıqlaması da tamamilə yalan, böhtan, saxtakarlıq üzərində qurulub. Sahakyanın iddiası o qədər absurddur ki, ona heç ermənilərin özləri də inanmırlar. O deyib ki, Azərbaycan tərəfi erməni əsirlərini Ermənistana guya “öldürərək” təhvil verib (?), guya bununla bağlı əllərində “təsdiqedici dəlillər var”. Onun iddiasına görə, Azərbaycan əsirləri guya sağ şəkildə qaytarmayıb.
Bu adamın nə demək istədiyi doğrudan da anlaşılmazdır. Bu gün həm Azərbaycanda erməni əsiri yoxdur, həm də Azərbaycan tərəfi əsirləri sağ-salamat geri qaytarıb. Bunun bu yalanının hardan qaynaqlandığı da məlum deyil.
Sahakyanın iddialarının davamı ilə tanış olarkən onun məqsədini aydın şəkildə görməmək olmur. Onun dərdi hazırda Bakıda həbsdə olan və məhkəmələri gedən separatçıları müdafiə etmək imiş. Çünki o, həmin 23 şəxsdən də danışır ki, onlar da hərbi canilərdir və müxtəlif ağır cinayətlər törətməkdə təqsirli bilinərək üzərlərində məhkəmə qurulub. O, həmin şəxsləri “əsir” adlandırır.
“...Tamamilə əsassızdır”
Müstəqil ekspert Rauf Zeyni “Bakı-Xəbər”ə bildirdi ki, erməni QHT-ləri son 30 ildə yalan danışmaqda davam edirlər və hər dəfə də Azərbaycan QHT nümayəndələri onların layiqli cavablarını verib: “Biz iştirak etdiyimiz beynəlxalq konfranslarda erməni QHT nümayəndələrinə hər zaman sual verirdik ki, siz 30 ildə işğala etiraz etmisinizmi? Xeyr etməmisiniz. Özləri etiraf edirdilər ki, biz etiraz etsək Sarkisyan rejimi bizi həmin gün öldürər. Yəni biz Ermənistandan olan QHT-lərə dəfələrlə fikrimizi bildirmişik ki, siz əgər işğala, terrora, soyqırıma etiraz etməmisinizsə sizin qeyri-hökumət təşkilatı, müstəqil ekspert kimi fəaliyyət göstərməyə mənəvi haqqınız yoxdur. Hələ ictimai-siyasi haqqı qoyuruq bir tərəfə. İndi Azərbaycanla Ermənistanın sülhə doğru getdiyi bir vaxtda müxtəlif mərkəzlər tərəfindən maliyyələşdirilən, kimlərsə tərəfindən idarə olunan, hansısa sifarişləri yerinə yetirən Siranuş Sahakyan kimilər ortalığa atılıblar ki, Azərbaycan guya hansısa hərbi cinayət törədib, əsirləri gülləyib və sair. Onun dedikləri tamamilə əsassızdır. Bunlar hamısı məlum məsələlərdir ki, onların arxasında kimlər dayanır, kimlərin sifarişlərini yerinə yetirirlər. Onların özlərinin mövqeyi olsaydı, müstəqil olsaydılar, 30 ildə heç olmasa bir dəfə işğala, terrora, soyqırıma etiraz edərdilər, əgər etməyiblərsə, demokratik dəyərlərdən, insan hüquqlarından danışmağa mənəvi haqları yoxdur. Yəqin ki, bundan sonra Ermənistanda və Azərbaycanda müxtəlif sülh və ictimai etimadın yaradılması ilə bağlı erməni QHT-ləri ilə bizim görüşlərimiz olacaq. Biz yenə həmin mövqeyimizi ifadə edəcəyik, amma onlar nə deyəcəklər, bax, bu bizim üçün maraqlıdır”.
R.Zeyni qeyd etdi ki, özü də daxil olmaqla, Azərbaycanın QHT nümayəndələri 30 ildə bu mövqeyi onlara dəfələrlə bildiriblər. R.Zeyninin sözlərinə görə, onlar da bunu yaxşı bilir ki, işğala məruz qalan ölkənin QHT-lərinin hər bir məsələdən danışmağa tam mənəvi haqqı var: “Çünki bizim ərazilərimiz işğala məruz qalmışdı. Biz torpaqlarımızı işğaldan azad etdik. Alnımız açıq, üzümüz ağdır. Bütün mənalarda bütün bəşəri dəyərlərə də biz öz töhfəmizi vermişik. Mənəvi, bəşəri haqqımız var ki, istənilən mövzuda danışaq. Onlar nədən danışacaq? Danışmağa onların haqqı yoxdur”-deyə R.Zeyni əlavə etdi. (Baki-xeber)
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 03 Oktyabr 2025 18:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see212

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see201

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see197

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see194

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see153

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see151

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see145

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see144

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see138

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see137

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see137

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see136

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri