Icma.az
close
up
RU
Əsirlərə tutulan divan və ya Rusiyanın dəhşətli müharibə cinayətləri

Əsirlərə tutulan divan və ya Rusiyanın dəhşətli müharibə cinayətləri

Ayna saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Rusiya ukraynalı əsirlərə qarşı repressiyaları artırıb: təslim olan hərbçilər yerindəcə öldürülür

BMT-nin Ukraynadakı İnsan Haqları Monitorinq Missiyası Rusiya hərbçiləri tərəfindən əsir götürülən ukraynalı hərbçilərin öldürülməsi hallarının kəskin artdığını qeyd edib. BMT əməkdaşları həm Ukrayna, həm də Rusiya mənbələri tərəfindən dərc edilmiş edam səhnələrini və ya ölən əsgərlərin cəsədlərini əks etdirən foto və video materialları diqqətlə təhlil ediblər. Bundan əlavə, ifadələri bu faktları təsdiqləyən hadisə şahidləri dindirilib.

Hadisələrin geolokasiyası göstərir ki, edamların əksəriyyəti Rusiya ordusunun hücum əməliyyatları apardığı aktiv döyüş bölgələrində həyata keçirilib. Missiyanın məlumatına görə, 2024-cü il avqustun sonundan bəri 24 ayrı insidentdə 79 edam sənədləşdirilib. Çox vaxt təslim olan ukraynalı hərbçilər yerindəcə güllələniblər.

BMT-nin hesabatında deyilir ki, şahidlər yaralı əsgərlərin qəsdən öldürüldüyünü də bildiriblər.

“Bu hallar təsadüfən yaranmayıb. Rusiya Federasiyasının bəzi ictimai xadimləri açıq şəkildə ukraynalı əsirlərə qarşı qeyri-insani rəftara və hətta onların öldürülməsinə çağırıblar. Bu cür bəyanatlar beynəlxalq humanitar hüququn daha da pozulmasına səbəb ola bilirr”, - Missiyanın rəhbəri Daniel Bell bildirib.

BMT öz hesabatında qeyd edir ki, 2024-cü ildə Rusiya hökumət rəsmiləri tərəfindən verilən ən azı üç belə bəyanat, habelə Rusiya silahlı qüvvələrinə bağlı silahlı qruplar tərəfindən sosial şəbəkələrdə yayılan çoxsaylı zorakılıq çağırışları qeydə alınıb. Lakin hesabatda konkret adlar və təşkilatlar göstərilmir.

Missiyanın sənədində vurğulanır ki, beynəlxalq humanitar hüquq əsirlərin götürülməsinin, düşməni bu cür hərəkətlərlə hədələmənin və bu prinsip əsasında döyüş əməliyyatlarının aparılmasının yolverilməzliyi barədə əmrlərin verilməsini qəti şəkildə qadağan edir.

“Ukraynalı hərbi əsirlərin edam edilməsi ilə bağlı bütün hallar, eləcə də bu cür hərəkətlərə ictimai çağırışlar və ya onların əsaslandırılması hərtərəfli araşdırılmalıdır.

"Hərbi və mülki liderlər bütün hərbi əsirləri qorumaq və onlara humanist rəftarı təmin etmək üçün aydın və birmənalı əmrlər verməlidirlər", deyə Daniel Bell vurğulayıb.

2024-cü ilin dekabrında Ukrayna Parlamentinin insan haqları üzrə komissarı Dmitri Lubinets bəyan edib ki, Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi başlayandan bəri ukraynalı hərbi əsirlərin edam edilməsi ilə bağlı 177 fakt rəsmi təsdiqlənib. Onun sözlərinə görə, 2024-cü ildə vəziyyət kəskin şəkildə pisləşib: il ərzində 109 belə cinayət sənədləşdirilib. Ukrayna Baş Prokurorluğunun məlumatına görə, ən çox hərbi əsirlərin qətli Donetsk vilayətində qeydə alınıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:241
embedMənbə:https://ayna.az
archiveBu xəbər 05 Fevral 2025 20:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see502

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see424

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see415

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see308

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see296

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see288

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see288

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see283

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see275

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see272

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see251

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see246

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see245

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see241

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see241

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see241

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see240

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see237

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see234

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see232
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri