Eşitdim ki, haqqımda pis şeylər danışır Sumqayıtdakı hadisənin təfərrüatı
Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Sumqayıt şəhərində 1985-ci il təvəllüdlü Ramil əmisi oğlu Vüqara (adlar şərtidir – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 12 mart 2024-cü ildə baş verib. Ramil həmin gün saat 20 radələrində satıcı kimi işlədiyi tütün məhsulları mağazasında olan vaxt sərxoş halda həmin mağazaya gəlmiş əmisi oğlu Vüqarın təşəbbüsü ilə mübahisə edib. Mübahisə zamanı o, mətbəx bıçağı ilə əmisi oğlunun qarın nahiyəsinə qəsdən bir dəfə vurub, ona xəsarət yetirib.
Ramilin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Ramil ifadəsində göstərib ki, əmisi oğlu Vüqar spirtli içki aludəçisi olsa da, onunla münasibətləri həmişə normal olub: “Son vaxtlar eşitmişdim ki, Vüqar mənim barəmdə pis sözlər danışıb. Bu səbəbdən ona zəng etdim. Lakin o, zəngimə cavab vermədi. Zəng etməkdə məqsədim onu yeni açdığım dükana dəvət edib, onunla söhbət etmək olub. Qeyd olunan tarixdə axşam saatlarında Ramil mənə zəng etdi və harada olduğumu soruşdu. Mən də dükanda olduğumu bildirdim. Bir qədər sonra Ramil sərxoş vəziyyətdə işlətdiyim dükana gəldi. Ramilə barəmdə başqa şəxslərə pis sözlər danışması barədə heç nə demədim. Ayıq vaxtı görəndə ona öz iradlarımı bildirməyimi düşündüm. Buna baxmayaraq Ramil obyektin içində nalayiq ifadələrlə məni təhqir etməyə başladı. Ramil əmim oğlu olduğuna görə ona məhəl qoymadım və onu obyektdən çıxardaraq qapını bağladım. Ramil qapını sındıraraq içəriyə daxil olmaq istədi. Mən məcbur qalaraq qapını açdım və onu sakitləşdirməyə çalışdım. Buna baxmayaraq Ramil daha pis söyüşlərlə məni təhqir etməyi davam etdi. Mən də onun söydüyü söyüşlərdən əsəbləşdım, dükanda olan bıçağı götürərək onun döş qəfəsi nahiyəsindən bir dəfə bıçaqla vurdum”.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ramilin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 1 il sınaq müddəti olmaqla 3 il şərti cəza verilib.
Fariz Məlikli
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Sumqayıtdakı ailə faciəsinin təfərrüatı bilindi
17 Sentyabr 2025 11:01
Tramp SƏS VERDİ: Eşitdim ki...
05 Noyabr 2024 21:20
“Eşitdim yaralanıb, amma sağlamdır”
11 Mart 2026 12:11
Sumqayıtdakı dəhşətli hadisənin şahidi: Partlayış səsinə oyandıq
03 Dekabr 2024 10:42
Evdə qısaqapanma faciə yaşatdı: Sumqayıtdakı dəhşətli hadisənin DETALLARI
13 Aprel 2025 22:00
Baxış sayı:137
Bu xəbər 10 Fevral 2026 12:27 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları