Icma.az
close
up
RU
Eşitmə itkisi ürək damar xəstəliklərinin göstəricisidir? Alimlərdən yeni araşdırma

Eşitmə itkisi ürək damar xəstəliklərinin göstəricisidir? Alimlərdən yeni araşdırma

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Eşitmə itkisi ürək-damar xəstəliklərinin, o cümlədən ürək çatışmazlığının erkən göstəricisi ola bilər. Bununla belə, eşitmə cihazları bu cür patologiyaların inkişaf riskini azaltmır.

Oxu.Az-ın Gazeta.ru-ya istinadən xəbərinə görə, Britaniya alimləri bu qənaətə gəliblər. Araşdırmanın nəticələri "Heart" jurnalında dərc edilib.

Məlumata görə, alimlər Böyük Britaniyanın Biobankı tərəfindən təqdim edilən 164 431 könüllünün məlumatlarının təhlili əsasında bu qənaətə gəliblər. Sınaqda iştirak edənlərin orta yaşı 56 il təşkil edib və tədqiqatın əvvəlində iştirakçılardan heç biri ürək çatışmazlığından əziyyət çəkməyib.

Birinci mərhələdə mütəxəssislər SRT (nitq qavrayış həddi) testindən istifadə edərək iştirakçıların eşitmə funksiyasını qiymətləndiriblər. Bu test bir insanın 50% ehtimalı ilə danışılan bir sözü düzgün təkrarlaya biləcəyi minimum səs intensivliyini əks etdirir.

Nəticələrin əldə edilməsindən sonra alimlər iştirakçıların müşahidəsinə başlayıblar. Təhlillər göstərib ki, orta dərəcədə eşitmə itkisi olan insanlarda ürək çatışmazlığının inkişaf riski, yaxşı eşitmə qabiliyyətinə malik olanlara nisbətən 15% yüksəkdir. Ağır pozğunluqlar halında bu ehtimal 28% artıb. Alimlər qeyd ediblər ki, hətta eşitmə cihazlarından istifadə edənlər də ürək problemlərindən qorunmayıb - onların ürək çatışmazlığı riski 26% artıb.

Tədqiqat, həmçinin göstərib ki, zəif eşitmə sosial təcrid, psixoloji stres və yüksək nevrotizm səviyyəsi ilə əlaqəli olub.

Alimlər ehtimal edirlər ki, eşitmənin pisləşməsi təkcə yerli qan dövranı problemləri ilə deyil, həm də sistemli damar pozğunluqları ilə də əlaqəli ola bilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://oxu.az
archiveBu xəbər 10 Aprel 2025 03:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see214

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see184

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see157

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see157

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see156

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see150

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see144

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see140

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see136

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see135

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see134

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see134

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see131

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see130

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see130

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see128

“Erməni kilsəsi milli siyasi manipulyasiya mərkəzi olub”

23 Dekabr 2025 10:11see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri