Eskalasiyadan sonra 1 milyondan çox suriyalı məcburi köçkün vəziyyətinə düşüb
Missiya.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Cari ilin noyabr ayının sonunda Suriyada artan gərginlikdən sonra bir milyondan çox sakin evini tərk etmək məcburiyyətində qalıb.
Missiya.Az xəbər verir ki, bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının hesabatında bildirilib.
"Ötən ayın sonunda döyüşlərin şiddətləndiyindən 1 milyondan çox suriyalı məcburi köçkün vəziyyətinə düşüb. Bir çox ailələr dəfələrlə məcburi köçkün vəziyyətinə düşüb. Böyük çətinliklər fonunda Ali Komissarlıq ehtiyacı olan insanlara sığınacaq və digər kritik xidmətlər göstərmək üçün tərəfdaşlarla işləyir", - məlumatda qeyd edilib.
Xatırladaq ki, noyabrın 27-də müxalifət silahlı birləşmələrinin üzvləri Hələb və İdlib əyalətlərində hökumət qüvvələrinin mövqelərinə genişmiqyaslı hücuma keçib. Dekabrın 7-də axşam saatlarında üsyançılar bir neçə böyük şəhəri - Hələb, Həma, Deyr əz-Zor, Dəra və Homsu ələ keçiriblər. Bazar günü səhər onlar Dəməşqə daxil olublar, bundan sonra Suriya Ordusunun bölmələri şəhəri tərk edib.
Zərintac Mayisqızı
Missiya.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 12 Dekabr 2024 10:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















