Icma.az
close
up
RU
Əskinasları sıra ilə düzməyin psixoloji mənası

Əskinasları sıra ilə düzməyin psixoloji mənası

Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq.

Gündəlik həyatda fərqinə varmadan etdiyimiz kiçik hərəkətlər əslində xarakterimiz haqqında dərin məlumatlar verir. Pulqabındakı əskinasları kiçikdən böyüyə doğru düzmək vərdişi də bunlardan biridir.

Milli.Az xəbər verir ki, mütəxəssislərin fikrincə, pulları müəyyən bir nizamla düzmək sadəcə səliqə-sahman göstəricisi deyil. Bu, fərdin nəzarət ehtiyacından tutmuş streslə mübarizə formasına qədər bir çox məqamı əks etdirir.

Əskinasları ardıcıllıqla düzən insanlar adətən, həyatlarında proqnozlaşdırıla bilənliyi sevirlər. Qeyri-müəyyənlikdən xoşu gəlməyən bu şəxslər hər şeyi nəzarət altında saxladıqda özlərini daha güvəndə hiss edirlər. Onlar planlı hərəkət etməyi, qəfil dəyişikliklərdən qaçmağı və aydın sərhədlər qoymağı üstün tuturlar.

Bu vərdişə sahib olan şəxslər işlərində səhv payını minimuma endirməyə çalışan detalçı insanlardır. Onlar üçün nizam sadəcə bir seçim deyil, daxili bir ehtiyacdır. Bu yanaşma özünü yalnız pulda deyil, həm də iş planlaşdırmasında, zamanın idarə olunmasında və qərar qəbulu proseslərində göstərir.

Psixoloji baxımdan bu vərdiş maliyyə davranışı ilə də sıx bağlıdır. Pullarını nizamlayan şəxslər adətən:

Xərclərini daha yaxından izləyir; Büdcə nəzarətinə önəm verir; Qəfil və lazımsız alış-verişlərdən qaçmağa meylli olurlar. Bu xüsusiyyətlər uzunmüddətli perspektivdə qənaət vərdişi və maliyyə sabitliyi gətirir.

Bəzi insanlar üçün pulları sıralamaq xaos içində özlərinə yaratdıqları kiçik bir "güvən zonası"dır. Həyatın nəzarət edə bilmədikləri mürəkkəb tərəfləri qarşısında maddi ünsürlər üzərində nizam yaratmaq onlara mənəvi rahatlıq verir.

Mütəxəssislər xəbərdarlıq edir ki, əgər bu nizam pozulduqda insanda güclü təşviş, narahatlıq və ya qəzəb yaranırsa, bu, artıq sadə bir vərdiş deyil, daha dərin psixoloji proseslərin (məsələn, obsessiv-kompulsiv meyllərin) göstəricisi ola bilər. Əsas odur ki, bu nizam həyatınızı asanlaşdırsın və sizi rahatlatsın.
Lalə Qüdrətova
Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:93
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 31 Dekabr 2025 08:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see361

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see236

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see195

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see191

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see183

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see170

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see165

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see160

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see156

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see147

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see145

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see144

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see142

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see141

Ötən həftə 175 yanğın olub, 7 nəfərin meyiti tapılıb

29 Dekabr 2025 10:05see140

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see138

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see136

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri