Icma.az
close
up
RU
“Əsl günahkar zalda zərərçəkmiş kimi oturub” Yasamaldakı dəhşətli yanğın işi

“Əsl günahkar zalda zərərçəkmiş kimi oturub” Yasamaldakı dəhşətli yanğın işi

Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı Ağır Cinayətlər Məhkəməsində ötən ilin noyabrında Yasamal rayonunda baş vermiş və 3 nəfərin həyatına son qoyan yanğınla bağlı cinayət işi üzrə məhkəmə prosesi keçirilir. İlk iclasda zərərçəkmişlərin hüquqi varisləri və onların vəkilləri istintaqın natamam aparıldığını, hadisəyə görə məsuliyyət daşımalı olan əsas şəxslərdən birinin cinayət məsuliyyətindən kənarda saxlanıldığını bildiriblər.

Moderator.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxs – “Taxes Group” MMC-nin (Loft Klinika) qanuni təmsilçisi və direktoru Bəhruz Paşayevin anket məlumatları dəqiqləşdirilib, proses iştirakçılarına hüquq və vəzifələri izah olunub. Dövlət ittihamını prokuror Cövdət Mehrəliyev müdafiə edib. Prokuror cinayət işinin məhkəmə baxışına verilməsini və Bəhruz Paşayev barəsində seçilmiş həbs qətimkan tədbirinin qüvvədə saxlanılmasını istəyib.

Məhkəmədə ən diqqətçəkən məqam zərərçəkmiş ailələrinin vəkillərinin çıxışları olub. Mərhum Samir Məhəmmədovun hüquqi varisi Marta Məmmədovanın və mərhum Könül Hümbətovanın hüquqi varisi Vəlibəy Hümbətovun vəkili Xeyransa Babayeva cinayət işinin ibtidai istintaqa qaytarılmasına israr ediblər.

Vəkil bildirib ki, hadisəyə görə yalnız Bəhruz Paşayev deyil, “Loft” Klinikasının və eyni adlı restoranın sahibi kimi tanınan iş adamı Vüqar Abbasov da məsuliyyət daşımalıdır. Onun sözlərinə görə, Vüqar Abbasov təqsirləndirilən şəxs kimi cinayət məsuliyyətinə cəlb edilməli olduğu halda, istintaq onu zərərçəkmiş qismində tanıyıb.

Yanğında həyatını itirən Arzu Qəmbərlinin atası, vəkil Əli Qəmbərov da məhkəmədə analoji vəsatətlə çıxış edib.

O bildirib ki, istintaq obyektiv aparılmayıb və hadisəyə görə məsuliyyət daşıyan bütün şəxslər cavab verməlidir:

“Bu işdə ibtidai istintaq düzgün aparılmayıb. Vüqar Abbasovun məsuliyyətdən yayınması üçün oyun qurulub. O da burada təqsirləndirilən şəxs kimi əyləşməlidir. Mənim övladımın ölümündə günahkar olan şəxs qanun qarşısında cəzasını almalıdır”.

Məhkəmə zamanı daha bir maraqlı məqam açıqlanıb. Bildirilib ki, Vüqar Abbasov və Bəhruz Paşayev yaxın qohumdurlar - dayıoğlu və biboğludurlar. Zərərçəkmiş tərəfin iddiasına görə, Bəhruz Paşayev bütün məsuliyyəti üzərinə götürüb, Vüqar Abbasov isə cinayət məsuliyyətindən kənarda saxlanılıb.

Hakimlər kollegiyası müşavirədən sonra zərərçəkmiş tərəfin cinayət işinin ibtidai istintaqa qaytarılması barədə vəsatətlərini təmin etməyib.

Xatırladaq ki, faciə ötən il 21 noyabr tarixində Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında baş verib.

Baş Prokurorluğun apardığı istintaq zamanı müəyyən edilib ki, yanğın binanın zirzəmisində başlayıb.

Hadisə nəticəsində 3 nəfər - Arzu Qəmbərli, Samir Məhəmmədov və Könül Hümbətova həyatını itirib,  25 nəfər tüstüdən zəhərlənib. Yaşayış binasına və sakinlərin əmlakına ciddi maddi ziyan dəyib.

İstintaqın qənaətinə görə, binanın zirzəmi və birinci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsini icarəyə götürən "Taxes Group" MMC-nin direktoru Bəhruz Paşayev yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasına cavabdeh şəxs olub və həmin qaydaların pozulması ağır nəticələrə səbəb verib. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.3-cü maddəsi (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) ilə təqsirləndirilir.

Bəhruz Paşayev noyabrın 23-də saxlanılıb, ertəsi gün barəsində ittiham irəli sürülərək Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, yanğında həlak olan Arzu Qəmbərli vəkil Əli Qəmbərovun övladı, Könül Hümbətova isə Bakı Milli Geyim Evinin rəhbəri idi.

Proses iyunun 30-da davam etdiriləcək. /Musavat.com/

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:198
embedMənbə:https://moderator.az
archiveBu xəbər 29 İyun 2026 11:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see767

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see595

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see332

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see283

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see280

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see268

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see249

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see245

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see228

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see227

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see214

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see212

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see208

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see203

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see203

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see201

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see192

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see191

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see190

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri