Icma.az
close
up
RU
“Əslində sürpriz də ola bilər” “Qəbələ” İmişlidə çempion olsa...

“Əslində sürpriz də ola bilər” “Qəbələ” İmişlidə çempion olsa...

Footbal-plus saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Qəbələ” 1-ci liqanın 22-ci turu çərçivəsində “İmişli”nin qonağı olacaq. “Qırmızı-qaralar” səfərdə qələbə qazansa, çempionluğu təmin edəcək. Ona görə ki, onlar ən yaxın izləyicisi “Karvan”dan 16 xal öndədi, son 5 turda bu fərqin aradan qaldırılması mümkün olmayacaq. İş ondadı ki, “qırmızı-qaralar” heç-heçə etsə də, çempion ola bilər. Lakin bunun üçün Yevlax təmsilçisi MOİK-in meydanında qələbə qazanmamalıdı.

Bununla yanaşı, “İmişli”nin meydanında keçirilən oyunlar qonaqlar üçün heç də asan keçmir. Həm iddialı kollektivə, həm də ciddi azarkeş dəstəyinə malik komanda rəqiblərinə ciddi çətinlik yaşadır. Bəs, “Qəbələ”nin tərəfdarları sevimlilərini belə önəmli matçda necə dəstəkləyəcək? Çempionluq təmin olunsa, bunu məhz rəqibin meydanında böyük təntənə ilə qeyd etmək niyyətləri varmı?
Bu suallarla “qırmızı-qaralar”ın azarkeşlərlə əlaqələndiricisi və “Red Black Army”nin rəhbəri Cavad Şərifliyə müraciət etdik. Onun “Football-plus.az” cavabı:

“İmişlidə həmişə əsl futbol ab-havası yaşanıb. Düzdü, vacib oyundu. Amma məhz çempionluqla bağlı nəsə etməyi planlaşdırmırıq. Təxminən 15-30 nəfər olacağıq. Həmişəki kimi, komandamızı dəstəkləyəcəyik. Böyük ehtimalla, əsas tədbir kubok klubumuza təqdim ediləndə olacaq. Hər halda, sabah gözəçarpan, diqqətçəkən şəkildə dəstək göstərməyə çalışacağıq. Əslində sürpriz də ola bilər. Bu, oyuna neçə nəfərin gəlməsindən və matçda hansı atmosferin hökm sürəcəyindən asılıdı”.

Cavad bəy fanklubla bağlı əsas planların növbəti mövsümdən həyata keçiriləcəyini bildirdi:

“Şükür Allaha, premyer-liqaya qayıtdıq. Qarşıdakı aylarda azarkeş qrupunun üzvlərinin sayının artırılması və ev oyunlarında daha maraqlı dəstək formalarının nümayiş etdirilməsi yönündə əlimizdən gələni edəcəyik. Bu yöndə təkliflər hazırlayıb klub rəhbərliyinə təqdim edəcəyik. Düzdü, biz azad azarkeş qrupuyuq. Lakin klub da yardımını bizdən əsirgəmir. Fikirlərimizi bölüşüb, əl-ələ verib növbəti mövsümdən Qəbələ şəhər stadionunun tribunalarını daha rəngarəng etmək niyyətindəyik”.

Xatırladaq ki, “İmişli” – “Qəbələ” matçı saat 16.30-da başlayacaq.
KƏNAN BAHADIR
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:207
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 18 Aprel 2025 14:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see350

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see341

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see337

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see309

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see308

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see250

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see247

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see234

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see229

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see227

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see223

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see218

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see213

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see204

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see203

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see202

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see201

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see191

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see188

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri