Eşqi Bağırov: Təmayül sinifləri olan məktəblərdə şagirdlərin nəticələri yüksəkdir
Icma.az xəbər verir, Yeniazerbaycan saytına əsaslanaraq.
Yeni tədris ilindən ölkənin 12 məktəbində təmayül sinifləri fəaliyyətə başlayıb. Demək olar ki, layihə respublikanın bütün regionlarını əhatə edir. Bu məktəblərdə dərs deyəcək müəllimlərin seçimi xüsusi mexanizmlər əsasında aparılıb.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov deyib. O bildirib ki, seçim mərhələsində yalnız ən yüksək nəticə göstərən və sertifikasiya balı yüksək olan müəllimlər tədrisə cəlb olunublar: “Təhsilin keyfiyyətinə birbaşa təsir edən əsas faktor müəllimdir. Buna görə də əminik ki, bu məktəblərdə oxuyan şagirdlər ən yüksək nəticələrlə yadda qalacaqlar”.
Eşqi Bağırov əlavə edib ki, layihədə iştirak edən şagirdlər hələ tam orta təhsillərini başa vurmayıblar: “Bu səbəbdən digər məktəblərlə müqayisə aparmaq üçün hələlik baza yoxdur. Lakin son aylarda keçirilən sınaq imtahanlarının nəticələri göstərir ki, bu məktəblərdə tədris prosesi kifayət qədər keyfiyyətli təşkil olunub və şagirdlərin nəticələri yüksəkdir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 28 Noyabr 2025 22:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















