Icma.az
close
up
RU
Eşqi Bağırovun işdən çıxarılması xəbəri yayıldı

Eşqi Bağırovun işdən çıxarılması xəbəri yayıldı

Tribuna saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) rəhbəri Eşqi Bağırovun məcburi məzuniyyətə göndərildiyi bildirilir.

Tribunainfo.az modern.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı ETN daxilindəki mənbələr bildirib.

İddialara görə, o, faktiki olaraq vəzifəsindən azad edilib, lakin hələlik rəsmi məlumat açıqlanmır.

MÜTDA-nın mətbuat xidmətinin rəhbəri Zemfira Sevdimalıyeva qeyd edib ki, müraciətə baxılıb və dəqiqləşdirəndən sonra cavab veriləcək.

Bu qeyri-müəyyənlik təbii ki, müxtəlif ehtimalları gücləndirir. Dövlət orqanlarında belə səviyyəli kadr dəyişikliyi haqda xəbərlər yayıldıqda onların tezliklə rəsmi şəkildə təsdiqlənməsi və ya təkzibi gözlənilir.

Bu dəfə məsələ nə təkzib, nə də təsdiq edildi. Bu, ictimaiyyət üçün sual doğurur, əgər Eşqi Bağırov hələ də vəzifəsindədirsə, niyə bu barədə açıq bəyanat verilmir? Əgər deyilsə, niyə rəsmi qərar gizli saxlanılır?

Yəqin ki, müvafiq qurumlar məsələyə aydınlıq gətirəcəklər.

Qeyd edək ki, son iki həftə ərzində Elm və Təhsil Nazirliyində bu, artıq üçüncü böyük kadr dəyişikliyidir. Belə ki, oktyabrın əvvəlində Elm və Təhsil Nazirliyinə tabe olan iki qurumunun rəhbəri öz ərizəsi ilə işdən çıxıblar. Təhsilin İnkişaf Fondunun sədri Elnur Nəsibov və Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov tutduqları vəzifədən azad edilib.

Belə qısa müddətdə ardıcıl böyük üç dəyişiklik, təsadüfən baş vermiş proses təsiri bağışlamır. Bu, nazirliyin daxilində gərginliyə işarə edə bilər.

Hazırkı mənzərədən görünən odur ki, Elm və Təhsil Nazirliyi daxilində müəyyən dəyişiklik prosesi gedir. Lakin bu prosesin məqsədyönlü islahat olub-olmaması hələlik aydın deyil. Əgər məqsəd sistemin yenilənməsi və effektiv idarəetməyə keçiddirsə, bu, təqdirəlayiq haldır. Amma dəyişikliklər şəffaf aparılmırsa və səbəblər izah olunmursa, bu, etimad böhranına gətirib çıxara bilər.

Pravda.az-ın xəbərinə görə, bir müddət əvvəl, təhsil məsələləri üzrə ekspert Elşən Qafarov demişdi ki, Elm və Təhsil Nazirliyində ciddi mövqe müharibəsi gedir, nazirlikdə bir neçə qruplaşma var.

“Bunların arasında ən güclü, əsas fiqur Elnur Əliyevdir. Zaman-zaman bütün agentlikləri ələ keçirir. Nazirlikdə dörd agentlik var. Niyə Elnur Əliyev Təhsil İnstitutuna gəldi? Çünki Əmrullayev İnstitutun rəhbəri olduğu müddətdə layihələrdə xeyli neqativlər var idi. Əmrullayev Əliyevi İnstituta gətirdi ki, neqativlərin üstü açılmasın, həm də “işlərinə” davam etsinlər. Sonra Elnur Əliyev Təhsildə Keyfiyyət Təminatı Agentliyini ələ keçirdi. Xüsusilə, Ülkər Səttarova Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə getdikdən, Mehriban Vəliyeva deputat seçildikdən, Orxan Abbasov icra başçısı təyin edildikdən sonra Elnur Əliyev Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyini ələ keçirdi. Hücum artıq Peşə Təhsili Agentliyinədir. Bildiyiniz kimi, Elnur Nəsibov da Peşə Təhsili Agentliyindən gəlmişdi. Əliyev Peşə Təhsili Agentliyini ələ keçirdi. Bundan sonra Eşqi Bağırov qalıb, tezliklə onun  da işdən azad olunması gözlənilir. Çünki Elnur Əliyev öz kadrlarını müavin kimi yerləşdirib. Artıq bir neçə regional idarənin rəisi Elnur Əliyevin kadrıdır. Təlimçiləri də öz kadrları hesab edir. Hazırda regionlarda direktorlar, vəzifədə irəli çəkilənlər də əsasən təlimçilərdir. Bax belə, şəbəkə böyüyür…” – o qeyd etmişdi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:235
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 15 Oktyabr 2025 16:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see373

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see358

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see317

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see283

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see271

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see231

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see223

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see220

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see218

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see196

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see195

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see187

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see186

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see185

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see184

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see180

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see180

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see179

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see170

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri