“Eşqi başına vuran” Karvil məhkəməyə yarıçılpaq gəlib...
Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
...Deməli, Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil iki il əvvəl Cennifer Enistonu təqib etməyə başlayıb.
Nə bilim, bəlkə də aşiq olubmuş..?
Amma hər nədirsə, bu 57 yaşlı aktrisanın xoşuna gəlməyib deyə, onu məhkəməyə verib.
SİA-nın məlumatına görə, Hollivud ulduzu Cennifer Enistonun darvazasını döyən şəxs məhkəmə qarşısına yarıçılpaq çıxıb. Belə ki, 48 yaşlı Karvil məhkəməyə köynəksiz və ədyala bükülmüş halda olub,
The Post yazır ki, kişi günahını boynuna almayıb; heç danışmayıb da. Sadəcə təcridxanada gülümsəyərək şüşəyə toxunub. (...deyirəm yəqin eşqi başına vurub,..Siz necə bilirsiniz?-A.B.)
Məhkəmənin hakimi prokuror stalkerin Enistondan uzaq durmağı əmr etməsini istədikdə Karvilin ona deyilənləri başa düşəcəyinə şübhə edib.
Məhkəmə Karvil üçün psixiatrik ekspertiza təyin edib. Hələlik o həbsdə qalacaq.
İddialara görə, Karvil iki il əvvəl Enistonu təqib etməyə başlayıb. O, aktrisaya sosial şəbəkələrdə, səsli mesajlarda və elektron poçtlarda mesajlar göndərib.
...Günahı sübut olunarsa, stalkeri üç ilə qədər həbs gözləyir. Karvil mayın 5-də günortadan sonra avtomobilini Ennistonun darvazasına çırpandan sonra həbs olunub.
Bu zaman aktrisa evdə olub.
Nazlı Almuradova
Baxış sayı:102
Bu xəbər 10 May 2025 21:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















