“Əsrin soyğununda əsas şübhəli görün kim çıxdı FOTO
Icma.az bildirir, Milli.az saytına əsaslanaraq.
Luvr Muzeyində baş verən 102 milyon dollarlıq zərgərlik oğurluğunda əsas şübhəlinin sosial mediada "Doudou Cross Bitume" adı ilə tanınan yutuber olduğu açıqlanıb.
Milli.Az xəbər verir ki, Fransa mediasının məlumatına görə, 39 yaşlı Abdoulaye N. Luvrun Apollo Qalereyasına daxil olaraq qiymətli daş-qaşları oğurlamaqda ittiham olunur. O, hadisədən altı gün sonra Parisin şimalındakı Oberlye bölgəsindəki evində saxlanılıb. Şübhəlinin DNT izləri oğurlanan zərgərlik vitrininə və hadisə yerində tapılan əşyalara düşüb.
Prokurorluq Abdoulaye N.-yə qarşı "mütəşəkkil dəstə ilə oğurluq" və "cinayətkar təşkilat yaratmaq" ittihamları irəli sürüb. İstintaq çərçivəsində artıq dörd nəfər həbs edilib. Təhlükəsizlik kamerası görüntülərində oğruların muzeyə yük liftindən istifadə edərək daxil olduqları müəyyən olunub.
Şübhəlinin vəkilləri bildiriblər ki, mediada yayılan xəbərlər müdafiə hazırlığını çətinləşdirib. Buna görə də onun ictimai əmlaka zərər vurmaq ittihamı ilə bağlı ayrı bir məhkəməsi aprel ayına təxirə salınıb.
Abdoulaye N. uzun illərdir "YouTube", "Dailymotion" və son dövrlərdə "TikTok"da küçə motosiklet şouları ilə məşhurdur. Paris Baş Prokuroru Laure Beccuau isə onun ifadəsi zamanı Luvr soyğunçuluğundakı rolunu qismən etiraf etdiyini açıqlayıb.
Fidan
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 06 Noyabr 2025 11:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















