Icma.az
close
up
RU
Estetik qurbanları kompensasiya ala bilər Açıqlama

Estetik qurbanları kompensasiya ala bilər Açıqlama

Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bəzi hallarda estetik məqsədlə həyata keçirilən üz prosedurlarından sonra pasiyentlər müxtəlif fəsadlarla üzləşə bilirlər. Belə vəziyyətlərdə müalicə xərcləri, sağlamlığa dəyən zərər və digər itkilərlə bağlı məsuliyyət məsələsi də gündəmə gəlir. 
Pasiyent prosedurdan sonra sağlamlığına zərər dəydiyini düşünürsə, hüquqi baxımdan hansı addımları atmalıdır, o klinikadan və ya tibbi xidməti göstərən şəxsdən kompensasiya tələb edə bilərmi?
Vəkil Vüsalə Muradxanlı Demokrat.az-a açıqlamasında bildirib ki, son dövrlərdə estetik və kosmetoloji prosedurlara müraciət edən şəxslərin sayı artdığı kimi, bu prosedurlardan sonra yaranan fəsadlarla bağlı hüquqi mübahisələr də aktuallaşıb:
“Burada vacib məqam odur ki, prosedurdan sonra yaranan hər bir arzuolunmaz nəticəni avtomatik olaraq “həkim səhvi” hesab etmək olmaz. Əgər pasiyent estetik prosedurdan sonra sağlamlığına zərər dəydiyini düşünürsə, ilk növbədə prosedurun tibbi standartlara və klinik protokollara uyğun aparılıb-aparılmadığı, pasiyentin əvvəlcədən risklər barədə düzgün məlumatlandırılıb-məlumatlandırılmadığı, göstərilən xidmətin qüsurlu olub-olmadığı və yaranmış zərərlə prosedur arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilməlidir.
Xüsusilə estetik və kosmetoloji xidmətlərlə bağlı mühüm hüquqi məqam ondan ibarətdir ki, Ali Məhkəmənin 24 dekabr 2025-ci il tarixli Plenum Qərarında estetik cərrahiyyə, estetik stomatologiya və kosmetoloji xidmətlər nəticəsinə təminat verilən podrat münasibətləri kimi qiymətləndirilir. Buna görə belə mübahisələrdə yalnız tibbi qanunvericilik deyil, eyni zamanda müqavilə münasibətləri və istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı normalar da tətbiq oluna bilər.
Pasiyentin prosedurdan əvvəl müdaxilənin mahiyyəti, gözlənilən nəticə, mümkün risk və fəsadlar, alternativ üsullar, istifadə ediləcək preparat və materiallar barədə düzgün və kifayət qədər məlumat almaq hüququ var.
Burada bir məsələni də xüsusi vurğulamaq lazımdır: pasiyentin “bütün risklərlə tanışam” məzmunlu sənəd imzalaması klinikanı və ya həkimi avtomatik olaraq məsuliyyətdən azad etmir. Məlumatlandırılmış razılıq yalnız pasiyentin ona izah edilmiş normal tibbi riskləri anlayaraq prosedura razılıq verməsini ifadə edir. Bu sənəd tibbi standartların pozulmasına, qüsurlu xidmətə və ya kobud ehtiyatsızlığa əvvəlcədən verilmiş razılıq hesab edilə bilməz”.
Hüquqşünas söyləyib ki, əgər sağlamlığa real zərər dəyibsə, pasiyent konkret hallardan asılı olaraq müalicə və dərman xərclərinin, düzəldici əməliyyat və ya prosedur xərclərinin, reabilitasiya xərclərinin, habelə sübut olunan gəlir itkisinin ödənilməsini tələb edə bilər:
“Hüquqi əsaslar olduqda mənəvi zərərin kompensasiyası məsələsi də qaldırıla bilər.
Belə vəziyyətlə üzləşən pasiyent üçün ən vacib məsələ sübutların vaxtında toplanmasıdır. Tibbi kart, prosedur və ya əməliyyat protokolu, məlumatlandırılmış razılıq sənədi, istifadə olunan preparatlar haqqında məlumat, analiz və müayinə nəticələri, ödəniş qəbzləri, həkim və klinika ilə yazışmalar, eləcə də prosedurdan əvvəl və sonra çəkilmiş foto və videolar saxlanılmalıdır. Mümkün olduqda başqa tibb müəssisəsində müayinə olunaraq yaranmış fəsad barədə müstəqil tibbi rəyin alınması da məqsədəuyğundur.
Daha sonra klinikaya yazılı pretenziya təqdim edilərək sağlamlığa dəymiş zərərin və tələb olunan kompensasiyanın əsasları göstərilə bilər. Məsələ könüllü qaydada həll edilməzsə, pasiyent aidiyyəti dövlət qurumlarına və məhkəməyə müraciət edə bilər.
Yəni estetik prosedurun şəxsin öz istəyi ilə həyata keçirilməsi onun hüquqi müdafiədən məhrum olması demək deyil. Əgər qüsurlu xidmət, tibbi standartların pozulması və ya pasiyentin məlumatlandırılma hüququnun pozulması nəticəsində sağlamlığa zərər dəydiyi sübuta yetirilərsə, həm maddi, həm də mənəvi kompensasiya tələbi irəli sürülə bilər”.
Fidan Hacızadə
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:92
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 07 Sentyabr 2026 22:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see287

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see285

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see267

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see253

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see244

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see237

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see232

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see227

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see221

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see220

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see211

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see198

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see193

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see193

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see193

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see192

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see189

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see176

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see175

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri