Estoniya öz ərazisində nüvə silahının yerləşdirilməsini istəyir
Icma.az, Reyting.az portalına istinadən məlumat verir.
Estoniya zəruri hallarda öz ərazisində müttəfiq ölkələrin nüvə silahlarını yerləşdirə bilər.
Reyting.az xəbər verir ki, bunu Estoniyanın xarici işlər naziri Marqus Tsahkna deyib.
Nüvə çəkindirməsindən danışan Tsahknanın fikrincə, Avropa NATO-nun fövqəlmilli nüvə çəkindirməsindən imtina etməməlidir.
O bildirib ki, Estoniya zəruri hallarda öz ərazisində müttəfiq nüvə silahlarını yerləşdirməyə hazırdır:
"Biz ərazimizdə nüvə silahlarının yerləşdirilməsinin əleyhinə deyilik. NATO müdafiə planlarımıza uyğun olaraq, məsələn, ərazimizdə nüvə silahlarının yerləşdirilməsinin zəruri olduğunu hesab edərsə, bunu istisna edəcək heç bir doktrinamız yoxdur".
Qeyd edək ki, fevralın 15-də Polşa prezidenti Karol Navrotski ölkənin "nüvə layihəsinə", yəni öz nüvə silahlarının hazırlanmasına qoşulmasını dəstəklədiyini bildirib.
Xatırladaq ki, bir qrup Avropa ölkəsi, ABŞ-nın müttəfiq kimi etibarlılığına inamın azalması ilə öz nüvə silahlarından çəkindirmə variantlarını müzakirə etməyə başlayıb.
Onu da qeyd edək ki, Avropa dövlətləri arasında yalnız Fransa və Birləşmiş Krallıq nüvə silahlarına malikdir.
E. KAMAL
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 18 Fevral 2026 10:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















