Estoniya Rusiyanın iştirakı səbəbindən “Şimal ölçüsü”ndən çıxır
Ayna portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Nazir bu qərarın insanların səhiyyə və sosial xidmətlərə gündəlik çıxışına təsir etməyəcəyini bildirib
Estoniya hökuməti Rusiyanın iştirakı səbəbindən səhiyyə və sosial təminat sahələrində əməkdaşlıq formatı olan “Şimal ölçüsü”ndən çıxmaq qərarına gəlib.
AYNA.AZ-ın xarici mediaya istinadən məlumatına görə, Sosial İşlər Naziri Karmen Joller qeyd edib ki, Ukraynada hərbi əməliyyatların başlamasından sonra "Rusiya ilə “Şimal ölçüsü” formatı çərçivəsində əməkdaşlıq artıq dayandırılıb və digər ölkələrlə qarşılıqlı əlaqə fərqli bir əsasda həyata keçirilir".
O bu qərarın insanların səhiyyə və sosial xidmətlərə gündəlik çıxışına təsir etməyəcəyini bildirib.
“Şimal ölçüsü” tərəfdaşlığı 2022-ci ildə qurulub. Saziş Sankt-Peterburqda imzalanıb.
“Şimal ölçüsü”nün təsisçiləri Estoniya, Finlandiya, Almaniya, İslandiya, Latviya, Litva, Norveç, Polşa, Rusiya və İsveç olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 30 Yanvar 2026 10:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















