Estoniya Ukraynaya əlavə 10 milyon avro ayıracaq
Baku.ws saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Estoniya hökuməti Ukraynaya hərbi yardım çərçivəsində əlavə 10 milyon avro vəsait ayırmaq qərarına gəlib. Məbləğ ABŞ istehsalı olan silahların alınmasına yönəldiləcək.
BAKU.WS xəbər verir ki, Estoniyanın Baş naziri Kristen Mixal bu barədə sosial şəbəkə hesabında məlumat verib. O bildirib ki, ölkəsi Prioritised Ukraine Requirements List (PURL) proqramı vasitəsilə Ukraynaya əlavə maliyyə və hərbi dəstək göstərəcək.
NATO tərəfindən 2025-ci ildə yaradılan PURL proqramı Ukraynanın hərbi ehtiyaclarına uyğun olaraq ABŞ-dan silah alınmasını nəzərdə tutur. Proqram çərçivəsində Avropa ölkələri maliyyə ayırır, alınan silahlar isə Ukraynaya təhvil verilir.
Rusiya tərəfi isə Qərbin Ukraynaya silah tədarükünün münaqişəni uzatdığını dəfələrlə bəyan edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 18 Oktyabr 2026 14:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















