Icma.az
close
up
RU
Estoniyada HIMARS təlimləri keçirilir Kreml sərt reaksiya verir

Estoniyada HIMARS təlimləri keçirilir Kreml sərt reaksiya verir

Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Estoniyada ABŞ istehsalı olan HIMARS reaktiv yaylım atəş sistemləri ilə keçirilən ilk döyüş atışlarına kəskin reaksiya verib.

Peskov bildirib ki, Baltik dənizi regionu Avropa sahilyanı ölkələrinin aqressiv siyasəti nəticəsində gərginlik ocağına çevrilib: “Baltika artıq sahilyanı Avropa dövlətlərinin aqressiv siyasəti nəticəsində gərgin regiondur. Rusiya burada öz qanuni maraqlarını qətiyyətlə müdafiə edəcək. Bəzi ölkələrin bölgədə atdığı təxribat xarakterli addımlar artıq açıq reallığa çevrilib.”

Estoniya Müdafiə Nazirliyi isə 11 iyulda keçirilən bu sınaqları “tarixi hadisə” adlandırıb. Rəsmi məlumatlara görə, bu, Estoniya Silahlı Qüvvələrinin HIMARS sistemindən ilk döyüş istifadəsidir. Təlimlər Sankt-Peterburqdan cəmi 300 km məsafədə – Estoniya ərazisində və dəniz üzərində keçirilib.

Estoniya Müdafiə Qüvvələrinin (EDF) açıqlamasına görə, 4 aylıq hazırlıqdan sonra əsgərlər dənizdə 15 km məsafədəki kiçik ölçülü hədəfləri uğurla vurublar. Təlimlər ABŞ ilə müdafiə əməkdaşlığı çərçivəsində aparılıb və məqsəd bölgədə təhlükəsizlik arxitekturasını möhkəmləndirməkdir.

HIMARS atışlarının Rusiya sərhədlərinə bu qədər yaxın məsafədə həyata keçirilməsi Moskva tərəfindən açıq hərbi təxribat kimi qiymətləndirilir. Baltikyanı ölkələr – Estoniya, Latviya və Litva – NATO-nun ön xətti kimi getdikcə daha çox silahlandırılır.

Müşahidəçilərin fikrincə, Kreml bu prosesi Rusiyanın “möhkəmləndirilmiş mühasirəyə alınması” siyasəti kimi qəbul edir və Estoniyada HIMARS istifadəsi yeni eskalasiya dalğasının başlanğıcı ola bilər.

Rasim Əliyev

"AzPolitika.info"

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 14 İyul 2025 16:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see319

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see319

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see316

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see312

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see294

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see293

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see278

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see275

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see269

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see269

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see267

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see265

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see259

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see256

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see254

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see243

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see240

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see235

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see219

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri