Icma.az
close
up
RU
Estoniyada Rusiya sərhədləri yaxınlığında NATOnun əsas təlimləri başlayır

Estoniyada Rusiya sərhədləri yaxınlığında NATOnun əsas təlimləri başlayır

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

Estoniyanın şimalında və şimal-şərqində, Rusiya ilə sərhədlərin yaxınlığında alyans qoşunlarının hərəkəti və əməkdaşlıqlarının gücləndirilməsi məqsədilə dekabrın 2-də "Pikne" adlı ikihəftəlik böyük NATO təlimi başlayır.

Oxu.Az-ın Interfax.ru-ya istinadən xəbərinə görə, bu barədə respublika müdafiə qüvvələrinin baş qərargahından məlumat verilib.

"Təlimlər zamanı Fransa, Böyük Britaniya və Estoniya qüvvələrinin sürətlə yerləşdirilməsi, həmçinin onların arasında əməkdaşlığın gücləndirilməsi üzərində iş aparılması nəzərdə tutulub. Fransa Silahlı Qüvvələrinin bölmələri Estoniyaya köçürülməsi üçün quru və hava əməliyyatları keçirəcəklər, daha sonra Britaniya və Estoniya bölmələri ilə birlikdə qarşıya qoyulan tapşırıqları yerinə yetirmək üçün təlimlər keçirəcəklər", - deyə Estoniya diviziyasının komandiri və manevrlərə cavabdeh olan general-mayor İndrek Sirel bildirib.

"Pikne" təlimləri NATO-nun "Brilliant Eagle" proqramının bir hissəsidir və NATO ölkələrinin Baltik dənizi regionunda yerləşdirilməsi və əməkdaşlığı imkanlarına fokuslanıb.

Təlimlərdə Estoniya, Latviya, ABŞ, Fransa və Böyük Britaniyadan 2 minə yaxın hərbçi iştirak edəcək. Həmçinin NATO-nun Estoniyada dislokasiya olunmuş çoxmillətli döyüş qrupu qatılacaq ki, buraya Britaniya, Fransa və İslandiyadan olan hərbçilər daxildir.

Təlimlərin birinci həftəsində əsas diqqət Şimal-Şərqi Estoniyanın müxtəlif bölgələrində bölmələrin hərəkəti və qarşılıqlı fəaliyyətin hazırlığına yönəldiləcək, ikinci həftədə isə "Sırqala" poliqonunda ağır hərbi texnika da daxil olmaqla, döyüş atışmaları təşkil olunacaq.

Qeyd edək ki, təlimdən əvvəlki cümə və şənbə günləri NATO-nun Birinci Daimi Hərbi-Dəniz Qrupundan altı gəmi Estoniyaya səfər edib. Onlardan biri təlimlərdə birbaşa iştirak edəcək.

Dekabrın 2-8-də isə NATO ölkələrinin Hərbi Hava Qüvvələri Estoniyanın hava məkanında qırıcı və nəqliyyat təyyarələrində, o cümlədən aşağı hündürlükdə təlim uçuşları həyata keçirəcəklər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://oxu.az
archiveBu xəbər 02 Dekabr 2024 14:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see243

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see229

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see217

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see215

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see201

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see186

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see184

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see175

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see166

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see157

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

101 yaşlı qadın sirrini açdı: Problemlər barədə düşünməmək

20 Yanvar 2026 10:31see149

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see141

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see136

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri