Estoniyada tarlada beş kiloqram partlayıcı maddə daşıyan dron tapılıb
Icma.az, Yeniavaz saytına istinadən bildirir.
Estoniyanın Rıuge kəndində ot biçən yerli sakin tarlada təxminən beş kiloqram ağırlığında partlayıcı qurğu olan dron tapıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Estoniya Təhlükəsizlik Polis Departamentinin bürosunun rəhbəri Harris Puusepp məlumat yayıb.
Bildirilib ki, kişi dronu iyunun 10-u tapıb.
Ehtimal edilir ki, dron iyunun 3-ü Ukraynanın Rusiyaya hücumu zamanı tarlada qəzaya uğrayıb. O zaman Estoniya Hərbi Hava Qüvvələrinin radarları dronları aşkar edib, bundan sonra onları tutmaq üçün qırıcı təyyarələr göndərilib.
Son bir neçə ay ərzində dronlar dəfələrlə Avropa ölkələrinin, əsasən Estoniya, Litva və Latviyanın hava məkanına daxil olub. Bu ölkələrin hakimiyyət orqanları iddia edir ki, dronlar Ukraynaya məxsusdur və Rusiyanın elektron müharibə sistemlərindən istifadə etməsi səbəbindən sərhədi keçir.
Bu mövzuda digər xəbərlər:Estoniyada beş sualtı kabel zədələnib
01 Yanvar 2026 16:29
Estoniyada Kipr milli həndbol komandasını daşıyan avtobus aşıb
11 Yanvar 2026 01:07
Estoniyada Ukraynaya məxsus dron qəzaya uğrayıb
26 Avqust 2025 18:00
Estoniyada Rusiyaya doğru uçan dron vuruldu
19 May 2026 15:43
Estoniyada Rusiya sərhədi yaxınlığında 250 kiloqramlıq bomba tapılıb
02 Noyabr 2025 19:51
Baxış sayı:142
Bu xəbər 22 İyun 2026 21:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















