Icma.az
close
up
RU
Estrada Simfonik Orkestr Şamaxıda konsert verdi

Estrada Simfonik Orkestr Şamaxıda konsert verdi

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Şamaxı, 28 dekabr, Rəşad Türkoğlu, AZƏRTAC

Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının Estrada-Simfonik Orkestri bölgələrdə milli musiqi mədəniyyətinin təbliği məqsədilə növbəti konsert proqramı ilə çıxış edib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Estrada-Simfonik Orkestrinin “Yurdumun sədası” adlı konsert proqramı Şamaxı Rayon Mədəniyyət Mərkəzində təqdim olunub. Musiqisevərlərin böyük maraq göstərdiyi konsertdə Azərbaycan musiqi mədəniyyətinin zəngin irsini əks etdirən klassik və estrada janrında əsərlər səsləndirilib.

Konsert proqramında Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının solistləri – Aynur İsgəndərli, İlhamə Qasımova, Mədinə Kazımova, Fəxri Kazım-Nicat, Taleh Yahyayev və Rövşən Qəhrəmanov yüksək peşəkarlıqla çıxış edərək tamaşaçılara xoş ovqat bəxş ediblər. Estrada-Simfonik Orkestrini dirijor Ellada Məmmədova idarə edib. Canlı orkestrin müşayiəti, zəngin repertuar və peşəkar ifaçılıq konsertə xüsusi rəng qatıb.

Sonra Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini Mehriban Eyyubova və Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının direktoru Ülviyyə Bəbirli çıxış edərək təəssüratlarını bölüşüb, kollektivə uğurlu konsert proqramına görə təşəkkürlərini bildiriblər.

Konsert Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə böyük bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi münasibətilə, nazirliyin nəzdində fəaliyyət göstərən bədii kollektivlərin ölkənin müxtəlif bölgələrinə ilk genişmiqyaslı qastrol səfərləri çərçivəsində keçirilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:232
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 Dekabr 2025 15:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see398

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see388

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see341

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see324

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see309

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see250

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see248

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see248

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see244

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see224

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see217

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see215

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see211

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see206

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see205

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see205

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see202

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see201

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see193

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri