Icma.az
close
up
RU
Ət bazarında qiymət daha çox bahalaşacaq

Ət bazarında qiymət daha çox bahalaşacaq

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanda ət idxalının artması, Gürcüstandan qoyun və keçi tədarükünün azalması heyvandarlıq sahəsində mövcud vəziyyəti və daxili bazarın təminat imkanlarını gündəmə gətirir.

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 37,9 min ton ət idxal edilib. İdxalın həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 13,8%, dəyəri isə 17,9% artıb. Dövlət Gömrük Komitəsinin məlumatına görə, hesabat dövründə ölkənin ət idxalına çəkdiyi xərc 89,4 milyon ABŞ dolları təşkil edib. Bu məbləğ Azərbaycanın ümumi idxal xərclərinin 0,6%-nə bərabər olub.

Digər tərəfdən, bu ilin yanvar-sentyabr aylarında Gürcüstan Azərbaycana 8,16 milyon ABŞ dolları dəyərində 2 946 ton qoyun və keçi ixrac edib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyər ifadəsində 40%, həcm baxımından isə 39% azdır. Ümumi ət idxalının artmasına baxmayaraq, qoyun və keçi tədarükünün azalması diqqət çəkir. Ölkədə qoyun və quzu sayının azalması da nəzərə alındıqda, bu vəziyyət yerli heyvandarlığın inkişafı, daxili bazarın ət təminatı və qiymətlərin formalaşması ilə bağlı suallar yaradır.

Ümumi ət idxalı artsa da, qoyun və quzu tədarükünün azalması bazarda hansı dəyişikliklərə səbəb ola bilər?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı-ekspert Akif Nəsirli bildirib ki, Azərbaycana ümumi ət idxalının 13,8 faiz artması daxili tələbatın idxal hesabına daha çox ödənildiyini göstərə bilər:

"Lakin Gürcüstandan qoyun və keçi tədarükünün 39 faiz azalmasını yalnız təklifin başqa ölkələrə yönəlməsi ilə izah etmək düzgün olmaz. Buna Gürcüstanda heyvandarlıq məhsullarının ixrac imkanları, qiymət fərqləri, logistika xərcləri, ticarət şərtləri və Azərbaycanda alıcıların alternativ bazarlara üz tutması kimi amillər təsir edir. Konkret səbəbi müəyyənləşdirmək üçün Azərbaycanın digər ölkələrdən qoyun əti və diri heyvan idxalının dinamikasına, eləcə də Gürcüstanın ixrac göstəricilərinə baxmaq lazımdır.

Burada mühüm məqam ondan ibarətdir ki, ümumi ət idxalının artması qoyun əti təklifinin də artması demək deyil. İdxal əsasən mal əti və digər ət növlərinin hesabına yüksələ bilər. Buna görə də qoyun və quzu sayının azalması, yerli istehsalın maya dəyərinin yüksəlməsi və xaricdən tədarükün zəifləməsi eyni vaxtda baş verərsə, qoyun əti bazarında təklif çatışmazlığı riski yaranır".

Onun sözlərinə görə, elə şəraitdə qoyun ətinin qiymətinə əsasən yüksəlmə istiqamətində təzyiq yaranır:

"Yem, otlaq, baytarlıq və nəqliyyat xərclərinin artması fermerlərin satış qiymətini yüksəldə, idxalın azalması isə bazarda rəqabəti zəiflədə bilər. Bununla belə, qiymət artımının miqyası istehlakçı tələbatından, digər ölkələrdən idxal imkanlarından və yerli təsərrüfatların istehsalı nə dərəcədə artıra bilməsindən asılı olacaq".

Ekspert qeyd edib ki, uzunmüddətli perspektivdə əsas məsələ idxalı sadəcə artırmaq deyil, yerli heyvandarlığın məhsuldarlığını yüksəltmək, yem bazasını möhkəmləndirmək və damazlıq heyvandarlığı inkişaf etdirməkdir:

"Əks halda, daxili bazarın təminatı xarici tədarükdən daha çox asılı vəziyyətə düşə və qiymət dəyişkənliyi güclənə bilər".

Gülər Həsənli 
"Cebheinfo.az"

Açar sözlər: ət idxalı Akif Nəsirli

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 20 Oktyabr 2026 15:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see355

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see342

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see329

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see323

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see315

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see305

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see296

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see292

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see264

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see249

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see242

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see229

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see225

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see209

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see202

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see200

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see198

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see194

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see181

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri