Ət qiymətləri rekord səviyyəyə çatdı KONKRET
Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İyul ayında beynəlxalq ət və bitki yağları qiymətlərinin artması səbəbindən qlobal ərzaq qiymətləri 1,6% yüksəlib.
KONKRET.az teleqraf-a istinadən xəbər verir ki, bu barədə BMT-nin Qida və Kənd Təsərrüfatı Təşkilatının hesabatda qeyd olunub.
Məlumatda bildirilib ki, ət qiymətləri indeksi iyulda aylıq bazada 1,2% artaraq 127,3 xalla rekord səviyyəyə çatıb. İllik artım isə 6%-ə bərabər olub.
ABŞ-də Dana əti qiymətləri son bir ildə 15,9% artaraq 453 qram üçün 6,3 dolları keçib. Son iki ildə qiymətlər davamlı yüksəliş trendi göstərir.
Avropa İttifaqı ölkələrində də ət qiymətləri rekord həddə çatıb. Aİ Komissiyasının məlumatına görə, 11-17 avqust həftəsi üçün 100 kiloqram ət 662,31 avro olub və illik artım 32,8%-dir. Bu artım, Ai-də illik 2,3% olan inflyasiyanı xeyli üstələyir.
İngiltərədə isə ət qiymətləri tarixdə ən yüksək səviyyəyə çatıb. Keçən il avqustda 1 kiloqram ət 7,2 funt idisə, bu il 10,6 funt olub. İllik artım 47%-dir, ölkədə isə inflyasiya 3,8% ölçülüb.
Analizlərə görə, qlobal ət qiymətlərindəki artım camış və qoyun əti qiymətlərinin yüksəlməsi ilə əlaqədardır. Xüsusilə Çin və ABŞ-dən gələn güclü tələbat qiymətləri artırıb. Bu tələbat Avstraliya və Braziliya kimi böyük istehsalçı ölkələrdə də qiymətləri yuxarı çəkib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:44
Bu xəbər 25 Avqust 2025 09:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















